Köhnəqışlaq — Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Ermənistanla sərhədə yaxın yerləşən Köhnəqışlaq kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir. 26 mart 1992-ci ildə erməni yaraqlıları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndinin 6 nəfər sakini girov götürülmüşdür. 21 aprel 1992-ci ildə erməni yaraqlıları Ağstafa rayonunun Köhnəqışlaq kəndinə silahlı basqın etmiş, nəticədə RDİŞ-in 2 milis nəfəri - İ.Şıxəliyev, N.Nəsibov, yerli sakin Q.Mədətov ağır yaralanmış, 3 çoban itkin düşmüş, 450 baş mal-qara aparılmışdır. 10 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi atəşə tutulmuş, nəticədə 3 yaşayış evi dağılmışdır. 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq, Yaradullu və Tatlı kəndləri atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır. 21 iyul 1992-ci ildə erməni yaraqlıları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi atəşə tutulmuş, nəticədə 2 nəfər yerli sakin yaralanmışdır. 3 avqust 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi avtomat silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri ağır yaralanmışdır. 7 avqust 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi raket və top atəşinə tutulmuş, nəticədə 3 nəfər yerli sakin həlak olmuş, 2 nəfər yaralanmışdır. 13 yanvar 1993-cü ildə Ermənistanın Berd rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq və Tatlı kəndləri müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri həlak olmuş, 6 əsgəri yaralanmışdır. 29 dekabr 1993-cü ildə Ermənistan istiqamətindən Ağstafa rayonunun Köhnəqışlaq kəndi "Qrad" qurğularından və toplardan atəşə tutulmuş, nəticədə 1 nəfər yerli sakin həlak olmuş, 6 nəfər yaralanmış, 3 ev dağılmışdır.Dağlıq Qarabağ: hadisələrin xronikası

Əhalisi

Tanınmışları Abış Mustafayev (Abış Borclu; d. 1924) — Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı. Аббасов Амир Новруз оглы — (1951-2006) азербайджанский учёный, кандидат физико-математических наук (1987).

İstinadlar

Kateqoriya:Ağstafa rayonunun kəndləri