Salahlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı.
Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) - Azərbaycanın Ağstafa rayonunda kənd. Salahlı (Samux) - Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) - Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) - Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli - Azərbaycanın Ağdam rayonunda kənd.
Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
İstinadlar
Kateqoriya:Ağstafa rayonunun ləğv olunmuş kəndləri