Daşdəmirbəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun Daşdəmirbəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Şirvan düzündədir. Kəndin adı keçmişdə Kür çayı sahilində və Şirvan düzündə maldarlıqla məşğul olmuş mərzili tayfasının daşdəmirbəyli tirəsinin adındandır. XIX əsrin 70-ci illərində 10 ailədən, əsrin sonlarında isə cəmi 7 ailədən ibarət kiçik icma olan daşdəmirbəylilərin adı ilə bağlı 1933-cu ildə Kürdəmir və Quba rayonları ərazisində iki kənd qeydə alınmışdır”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.215.
İstinadlar
Kateqoriya:Ağsu rayonunun kəndləri