Şərhi-əsmayi-səmaniyyə və ümmül-əsma – Seyid Yəhya Bakuvinin yazdığı məsnəvilərdən biri.

Məsnəvi 610 beytdən ibarətdir. Allahın həyat, elm, səmi (duyma), bəsər (görmə), qüdrət, kəlam, iradə, bəqa kimi ad və sifətlərin mənaları təsəvvüfi olaraq açıqlanır.

Əlyazma nüsxələri

Nuruosmaniyyə,4904/6 İstanbul Universiteti Mərkəz Kitabxanası,FY.,1127/HE.,7325/5 İstanbul Universiteti Mərkəz Kitabxanası,FY.,954/HE.,8194/7 Millət,AE.Fars.1044/2 Manisa Muradiyyə,2906/6 Bakı,B-6960/8

Kateqoriya:Seyid Yəhya Bakuvi