Aygünlü — Azərbaycan Respublikasının Şabran rayonunun Gəndov kənd inzibati ərazi dairəsində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Etnotoponimdir. XIX əsrdə Aygunlu Kəngərli adı ilə qeydə alınmışdır. Həmin əsrin ortalarında Aygunlu, Burbur (Borbor), Kəngərli, Molla Kamallı, Obey Məhəmməd Hacıbəbir və Ağamirzə obası adlı kiçik məntəqələr birləşərək Aygunlu Kəngərli, Burbur Molla Kamallı və Burbur adlı 3 böyük kənd icması əmələ gətirmışdir. Sonralar oykonimin tərkibindəki "kəngərli" komponenti düşmüşdür."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Tarixi Arxeoloji qazıntılar zamanı indiki yaşayış yerlərindən 0.5 km cənub–qərbdə kənd ərazisində Çaqqallıqtəpə deyilən ərazidə ilk tunc dövrünə (e.ə. 3-cü minillik) yaşayış yeri aşkar olunmuşdur. Yaşayış yeri ilk tunc dövrünün əkinçi tayfalarının mədəniyyəti üçün səciyyəvidir.Aзарова Р.Б. Ахундов Т.Н. Чаккаллыгтепе поселение эпохи ранней брозы. Azərb.SSR EA Məruzələri c37, 1981, №19 Aygünlü kəndi ərazisində mövcud olmuş üç kənddən (Aygünlü, Mollakamallı və Gönçü) yalnız Aygünlü kəndi mövcuddur. Səbəbi isə 20 əsrin 70–80-cı illərində Sovet hakimiyyəti məqsədli şəkildə (adına görə) Mollakamallı kəndinin ləğv etmiş, ərazisi isə Aygünlü kəndinə birləşdirilmişdir. Gönçü kəndi isə indiki yaşayış yerindən 3 km qərbdə dağlıq ərazidə yerləşdiyindən və burada yol və elektrik probleblemləri olduğundan indiki yaşayış yerinə köçmüşlər. İndi bu kənd adları məhəllə adları olaraq adlandırılır.
Coğrafi mövqeyi Bakı–Quba magistral (M1) yolunun (137 km-Mollakamallı və 138 km-Aygünlü) kənarında yerləşir və rayon mərkəzlərindən Şabran rayonundan – 13 km, Xaçmaz rayonundan – 20 km, Quba rayonundan – 25 km məsəfədədir
Daxili yolların uzunluğu 5.0 km-dir. (Y-17-10 Mollakamallı-2 km, Y-17-11 Aygünlü-3 km)
Əhalisi Kəndin əhalisi 1.157 nəfər təşkil edir.
Din Kənddə Aygünlü kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Şabran rayonunun kəndləri