Gavahın (əvvəlki adı: Gavahan, ) — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocavənd rayonunun Gavahın kənd inzibati ərazi dairəsində kənd, Gavahın kənd inzibati ərazi dairəsinin mərkəzi.
Toponimikası Kəndin adı 1992-ci ilədək Gavahan kimi qeydə alınmışdır. XIX əsrdə Şuşa qəzasında eyniadlı dağ və yaşayış məntəqəsi var idi. Oykonim qədim türk dillərindəki "gav" (dağ yamacı, eniş, sürüşkən yer) və "ahın/axun" (yüksəklik, zirvə) komponentlərindən düzəlib, "dağ ətəyi" mənasındadır.
Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində, rayon mərkəzindən — Xocavənd şəhərindən 33 km qərbdə yerləşir.
Tarixi Azərbaycan SSR-nin 1977-ci il üçün tərtib edilmiş inzibati ərazi bölgüsünə görə, kəndin adı Gavahan idi və Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Gavahan kənd Sovetinin mərkəzi idi.
Qarabağda separatçılıq baş qaldırandan sonra, Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi qərara alınmışdı. Qanuna görə Martuni rayonunun Xocavənd rayonu adlandırılması da qərara alınmışdı.
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Gavahan kəndi () Gavahın'''' () kəndi adlandırılmışdır.
Birinci Qarabağ müharibəsi nəticəsində, erməni separatçı qüvvələri tərəfindən 1992-ci ilin oktyabr ayında kənd işğal edilmişdi.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, 2020-ci ilin 9 noyabrdan 10 noyabra keçən gecə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Gavahın kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qaytarılmışdı.
Əhalisi A.S.Ş.C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az.XTUİ) tərəfindən 1933-cü ildə hazırlanmış "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il üçün vəziyyətə görə, Muxtar Dağlıq Qarabağ Oblastının Qavaxan kənd Şurasının Qavaxan məskun yerində 792 nəfəri əhali və 143 təsərrüfat olubdur.
Azərbaycan Sovet Ensiklopediyasının məlumatına əsasən, 1981-ci ildə kənddə 266 nəfər yaşayırdı.
2005-ci ildə qondarma separatçı rejim tərəfindən keçirilmiş siyahıyaalınmaya əsasən, kənddə 124 nəfər daimi yaşayırdı. İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
İqtisadiyyatı 1992-ci ilin oktyabr ayından əvvəl kəndin əhalisi əkinçilik və heyvandarlıqla məşğul olurdu. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi, rabitə qovşağı var idi.
Tarixi abidələri Gavahın kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi239Alban məbədi995-ci ilGavahın kəndiMemarlıqÖlkə
İstinadlar
Həmçinin bax
Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Gavahın kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri