Şəkərcik — Azərbaycan Respublikasının Füzuli rayonunun Aybasanlı kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü il avqustun 23-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.Ali Baş Komandan və Ordumuzdan bayram müjdəsi: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik . report.az (azərb.). 9 noktyabr 2020.
Toponimikası Kənd Şəkərciklər adı ilə də tanınır. Kəndin adı orta əsrlərdə Qarabağda yaşamış cavanşir tayfasına mənsub şəkərciklər tirəsinin adı ilə bağlıdır. Deyilənlərə görə bu kənd vaxtilə Şəkər adlı varlı bir qadının mülkü, bostan yeri olub. XIX əsrin əvvəllərində qarabulaqlı, dövlətli bir kişi bu yeri pul ilə ondan alıbdır. O vaxtdan həmin ərazi Şəkər xanımın bostanı, Şəkərin yeri kimi adlandırılmışdır. "Şəkər" sözünə "cik" hissəciyinin artırılması görünür ki, ərazinin kiçik olması ilə əlaqələndirilir.
Tarixi 1593-cü ilə aid olan Osmanlı qaynağında Şəkər mülk, yurd, torpağının adı kimi çəkilir. Yaşayış məntəqəsinin əhalisi əsasən, Hacılı camaatından ibarət olmuşdur. Bəzi mənbələrdə Şəkərcik kəndi yerləşən ərazinin adına Qaraköpək formasında da rast gəlinir.
Coğrafiyası və iqlimi Kənd rayon mərkəzinin 2 kilometrliyində, şəhərin şimal-şərqində, düzənlikdə yerləşir.
Əhalisi Əhalisi 800 nəfərdir.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Mədəniyyəti Kənddə klub və kitabxana mövcud olub.
Təhsil Kənddə məktəb və uşaq bağçası fəaliyyət göstərib.
İstinadlar
Həmçinin bax Şəkərcik yaşayış yeri
Kateqoriya:Füzuli rayonunun kəndləri