Molla Həsənli — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Cəbrayıl ensiklopediyasına əsasən, yerli məlumata görə, Mollahəsənli yaşayış məntəqəsi Molla Həsən adlı şəxs və ona mənsub olan ailələr tərəfindən burada saldındığı üçün, kənd onun adı ilə əlaqədar olaraq belə adlandırılmışdı. Oykonim "Mollahəsənə məxsus olan, mollahəsəngillər” mənasını daşıyır.
Daşkəsən və Masallı rayonlarında Mollahəsənli adında kəndlər var.
Coğrafiyası Molla Həsənli kəndi rayon mərkəzindən — Cəbrayıl şəhərindən 28 kilometr şimal-qərbdə, Qarabağ sisiləsinin ətəyində yerləşir.
Tarixi Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Molla Həsənli kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Rayonun Molla Həsənli kəndi 1993-cü ildə işğal olunmuşdu.
9 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir.Ali Baş Komandan və Ordumuzdan bayram müjdəsi: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik . report.az (azərb.). 9 noktyabr 2020.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq hesab olunurdu.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri