Qaşaltı Qaraqoyunlu — Azərbaycan Respublikasının Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kəndi Tap Qaraqoyunlu kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi vahidi yaradılmışdır. 14 aprel 2009-cu il tarixli 793-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdır. 31 may 2010-cu il tarixli 1018-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.

Toponimikası Kəndin adı qaş (dağın təpəsinin bir qədər irəliyə çıxmış üstü, dağın döşü) və alt sözlərindən, həmçinin Qaraqoyunlu etnotoponimindən ibarətdir. Kəndin adı "dağ qaşının alt tərəfindəki Qaraqoyunlu kəndi" mənasındadır.

Tarixi Kəndin yaranması haqqında bir neçə fərziyyə var. Bunlardan biri XIX əsrin ortalarında Qərbi Azərbaycanda Qaraqoyunlu adlı yerdə yaşayan bir qrup insanın bu əraziyə gələrək bir kənd qurmasından ibarətdir.

Coğrafiyası Kənd Naftalan şəhərindən 2.3 km məsafədə, Naftalan düzü ərazisində yerləşir. İqlimi yayda isti, qışda mülayimdir.

Əhalisi

Tanınmış şəxsləri Bədəl Bədəlov.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Naftalan şəhərinin yaşayış məntəqələri Kateqoriya:Naftalan kəndləri