Yəhərçi Qazaxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Yəhərçi Qazaxlar kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yəhərçi Qazaxlar kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası Kənd Qazax tayfa birliyinə daxil olan yəhərçi tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Mənbələrdə Yarçı Qazaxlar variantında da qeydə alınmışdır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Korçayın sahilində, düzənlikdə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 762 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Goranboy rayonunun kəndləri