Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanı.

Tarixi 1938–1990-cı illərdə Naxçıvan MSSR-in parlamenti Ali Sovet adlanıb.

Kommunist Partiyasının rəhbərliyi ilə son seçkilər XII çağırış Naxçıvan MSSR Ali Sovetinə 30 sentyabr 1990-cı ildə keçirilmişdir. Həmin seçkilərin keçirilməsi üçün Naxçıvan MSSR-də 110 seçki dairəsi yaradılmışdır. Naxçıvan MSSR Ali Sovetinə 110 deputat seçilmişdir.

17 noyabr 1990-cı ildə XII çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk iclasında Ali Sovetin Rəyasət Heyətinin sədri, Ali Sovetin 2 nömrəli M. F. Axundov seçki dairəsindən deputatı Heydər Əliyev seçilmişdir.

Həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, “Naxçıvan MR Ali Sovetinin Ali Məclis” adlandırılması barədə qərar qəbul olundu.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi.

Ali Məclisin çağırışları +SeçkilərÇağırışİllərQeyd1990Naxçıvan MSSR Ali Sovetinin XII çağırış199018 oktyabr 1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən qazandı. Keçid dövrüNaxçıvan Ali Məclisinin ilk çağırışı1990–1995Azərbaycan Respublikasının Seçki Qanunu və Parlamentlə bağlı qanunlar qəbul edildi.1995–1996Naxçıvan Ali Məclisinin I çağırışı1995–20002000Naxçıvan Ali Məclisinin II çağırışı2000–20052005Naxçıvan Ali Məclisinin III çağırışı2005–20102010Naxçıvan Ali Məclisinin IV çağırışı2010–20152015Naxçıvan Ali Məclisinin V çağırışı2015–20192020Naxçıvan Ali Məclisinin VI çağırışı2020–20242024Naxçıvan Ali Məclisinin VII çağırışı2024 —

Statusu Azərbaycan Respublikasının Konstitusiyasına görə muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — parlamenti həyata keçirir.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından çıxarışlar:

Maddə 11. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi

Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.

Maddə 12. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin say tərkibi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir.

Maddə 13. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin əsasları

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə seçilirlər.

Tərkibi

Naxçıvanşünaslıq Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunmasını təmin edən qurumdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi kitabxanasının və Naxçıvan Muxtar Respublika Kitabxanası "Naxçıvanşünaslıq" bölməsinin bazasında yaradılmışdır"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli Sərəncamı. alimeclis.az .

Mərkəz üçün bina ayrılmış və əsaslı surətdə yenidən qurulmuşdur. 2013-cü il fevralın 9-da Naxçıvanşünaslıq Mərkəzinin açılışı olmuşdur.

Kitab və arxiv fondu Mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilmişdir. Kitablar, jurnal və qəzetlər, xəritə və atlaslar, avtoreferatlar, albom və fotomateriallar, sənədli filmlər Naxçıvanşünaslıq Mərkəzində toplanaraq sistemləşdirilmişdir. Hazırda mərkəzin Kitabsaxlayıcı şöbəsində 3374 nüsxə çap materialı vardır. Bunlardan 2550 nüsxəsi kitab, 29-u miniatür kitab, 92-si avtoreferat, 703-ü isə qəzet və jurnal materiallarıdır.

Mərkəzdə müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq edilmişdir. Mərkəzin kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunmuş, elektron kitabxana və elektron arxiv zənginləşdirilmişdir. Bundan başqa, istifadəçilər onlara verilən şəxsi parol vasitəsilə elektron informasiya köşkünə yaxınlaşaraq istənilən kitabı sifariş verə bilirlər. Elektron köşk istifadəçilərə kitab fondunun elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş imkanı yaradır. Oxu və dövri mətbuat zalında istifadəçilər üçün fonddakı kitablardan, qəzet və jurnallardan, eləcə də internetdən istifadə imkanı yaradılmışdır. İstifadəçilər elektron kataloq vasitəsilə mərkəzin fondunda olan ədəbiyyatlardan, sənədlərdən, əlyazmalardan, video və audio materiallardan, fotolardan və xəritələrdən istifadə edə bilərlər. Həmçinin üç dildə hazırlanan "www.e-merkez.alimeclis.az" internet saytı mərkəz ilə səmərəli informasiya mübadiləsi aparmağa imkan verir.

Sədr Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

Maddə 29. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən geri çağırıla bilər. II. Yaşı otuzdan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər. III. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin seçkisi qaydasını Naxçıvan Muxtar Respublikasının Ali Məclisi müəyyən edir.

Siyahı

Ali Məclisin sədri Sıra Şəkil Ad Başlama tarixi Bitmə tarixiPartiya 1 80px|center Afiyəddin Cəlilov 17 noyabr 1990 5 aprel 1991 Azərbaycan Kommunist Partiyası 2 Əkbər Əliyev 5 aprel 1991 28 avqust 1991 3 80px|center Heydər Əliyev 5 sentyabr 1991 23 iyun 1993Bitərəf Yeni Azərbaycan Partiyası - Rəşid Həsənov 3 iyul 1993 4 aprel 1994Yeni Azərbaycan Partiyası 4 Namiq Həsənov 4 aprel 1994 16 dekabr 1995 5 80px|center Vasif Talıbov 16 dekabr 1995 21 dekabr 2022 - Azər Zeynalov 21 dekabr 2022 5 oktyabr 2023 - 80px|center Anar İbrahimov 5 oktyabr 2023 26 sentyabr 2024 -99x99px|center|framelessBəxtiyar Məmmədov26 sentyabr 2024Yeni Azərbaycan Partiyası

Fəaliyyəti Qərar Yetərsay Ali Məclisin səlahiyyətlərinin təsdiqi (ilk iclasın təşkili)31

Qeydlər

İstinadlar

Xarici keçidlər Rəsmi saytı: alimajlis.gov.az

Kateqoriya:Naxçıvan Muxtar Respublikası Kateqoriya:Naxçıvan Muxtar Respublikasının Ali Məclisi