Rəhman Quliyev () — "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru.

Həyatı Rəhman Ağarəhim oğlu Quliyev 26 iyul 1954-cü ildə Bakıda doğulub. 1974–1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

Fəaliyyəti 1978–1981-ci illərdə Azərbaycan Özfəaliyyət Yaradıcılığı Evində zəhmətkeşlərin istirahətinin təşkili şöbəsinin müdiri, 1981–1984-cü illərdə Bakı şəhəri Mədəniyyət İşçiləri Evinin direktoru, 1984–1989-cu illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının direktor müavini, 1989-cu ildən isə direktor vəzifəsində çalışıb.

Azərbaycan prezidentinin 16 may 2006-cı il tarixli sərəncamına əsasən, "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

O, 2010-cu il aprelin 7-də axşam saatlarında elə iş yerində vəfat edib.

Mənbə Azərbaycan Dövlət Kukla Teatrının direktoru vəfat edib

Kateqoriya:1954-cü ildə doğulanlar Kateqoriya:2010-cu ildə vəfat edənlər Kateqoriya:Azərbaycan aktyorları