Qitə — Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur.КОНТИНЕНТ // Большая российская энциклопедия. Электронная версия (2016); Дата обращения: 31. dekabr 2017
Haqqında Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri, mühüm qlobal struktur elementdir. Qitə, Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasiya diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cisimdir. Əsasən, regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasiya prosesi nəticəsində Qitə başlıca strukturlara — qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasiya prosesinə məruz qalma dərinliyi 1200–1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km-ə yaxın olub, təxminən 100–150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0–1,5 QPa, temperatur isə 600–7000 C təşkil edir. Qitə sərhədi, okean tərəfə qurunun sualtı davamını hüdudlayan qitə yamacının ətəyindən keçir. Geomorfologiyada "qitə" Yerin geoteksturlarına aid edilən ən iri müsbət relyef formasıdır. Qitə üçün düzən və dağlarla əlaqədar olan qitə platformaları və dağəmələgəlmə vilayətləri (bəzi tədqiqatçılara görə, platforma və geosinklinal zonalar) kimi geostruktur zonalar səciyyəvidir.Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Qitələrin sayı thumb|300pxMüxtəlif təriflərə görə qitələrin sayı dəyişir, dörddən yeddiyə qədər ola bilər. İngilisdilli ölkələrin əksəriyyəti yeddi qitəni tanıyır. O cümlədən müasir Azərbaycan tədris sistemində 7 qitə modeli tədris olunur. SayQitələrMənbəDördAfro-AvrasiyaAmerikaAntarktidaAvstraliyaBeşAfrikaAvrasiyaAmerikaAntarktidaAvstraliya "In some textbooks, North and South America are combined into 'America' and/or Europe and Asia are combined into 'Eurasia', for a grand total of 6 or even 5."Martin W. Lewis and Kären E. Wigen, The Myth of Continents: A Critique of Metageography (Berkeley and Los Angeles: University of California Press, 1997)AltıAfrikaAvrasiyaŞimali AmerikaCənubi AmerikaAntarktidaAvstraliya"Continent ". Encyclopædia Britannica. 2006. Chicago: Encyclopædia Britannica, Inc.AfrikaAsiyaAvropaAmerikaAntarktidaAvstraliyaYeddiAfrikaAsiyaAvropaŞimali AmerikaCənubi AmerikaAntarktidaAvstraliyaWorld , National Geographic – Xpeditions Atlas. 2006. Washington, DC: National Geographic Society.The World – Continents , Atlas of Canada The New Oxford Dictionary of English. 2001. New York: Oxford University Press."Continent ". MSN Encarta Online Encyclopedia 2006.. 31 October 2009."Continent". McArthur, Tom, ed. 1992. The Oxford Companion to the English Language. New York: Oxford University Press; p. 260.
İstinadlar
Kateqoriya:Geologiya terminləri