Bayatılar — musiqisi Eldar Mansurov tərəfindən 1988-ci ildə yazılmış, sözləri Vahid Əzizin olan mahnıdır. Vahid Əzizin bu şeiri 1985-ci ildə "Əllərimin kölgəsi" kitabında çap olunub. Şair Vahid Əziz bəstəkar Eldar Mansurovun xahişi ilə şeirə mahnı üçün yeni bənd əlavə edib. Mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova tərəfindən ifa edilərək lentə alınmışdır.

Digər versiyaları

Mahnı Brilliant Dadaşovadan sonra dünyanın bir çox dillərində və ən müxtəlif ölkələrdən olan ifaçılar tərəfindən müxtəlif adlarla ifa edilmişdir. Həmin ifaçılar (Aşqabad qrupu istisna olmaqla) mahnının musiqisini saxlasalar da adını və sözlərini dəyişərək ifa etmişlər. Azərbaycanda isə bu mahnını müxtəlif illərdə müğənnilərdən İlqar Muradov (1989) və Faiq Ağayev (1996), skripkada isə Natiq Nuriyev (1989) və Kazbek Əliyev (1995) ifa ediblər.

Mahnının ifaçılarından bəziləri: Brilliant Dadaşova – "Bayatılar" – 1989-2008 Aşqabad qrupu – "Bayatılar" – 1990 Reno – "Zdrastvuy" – 1990 Sezen Aksu – "Zalim" 1995 Levent Yüksel – "Zalim" – 1995 Petros Dourdoumpakis – "Taxidiariko Pouli" – 1995 Dimitra Galani – "Oses Foties" – 1997 Grinsteins Mischpoche – "Bayatı" – 2002 Mônica Salmaso – "Bayatı" – 2003 Vasilis Lekkas – "Taxidiariko Pouli" – 2003 Keti Garbi – "Esena Mono" – 2003–2005 Dino Merlin – "Subota" – 2004 Seray Sever – "İçim yanıyor" – 2005 Dilek Budak – "Adını Yıldızlara" – 2006 Ziyoda – "Yollarim" – 2006 Lachyn Mammedowa – "Yalnyz yuregim" – 2006 Aygün Kazımova – "Bayatılar" – 2006 Hüseyin Karadayı və DJ. Funky – "Miracles" – 2006 DJ Pantelis– "I Have A Dream" – 2006 Srecko Savovic – "Godina Nova" – 2007 Çalar Saat – "Zalim" – 2007 Milad və Mohammad – "Are Faghat To" – 2008 Edward Maya – "Stereo Love" – 2010 Mia Martina – "Stereo Love" – 2010 PJ feat Velvet – "Stereo Love" – 2010 İvan Zak – "Dečko sa Balkana" (Stereo Love) – 2010 Cantodiscanto – "Bayatı" – 2009 The Guzek Trio – "Bayatı" – 2010 Benjamim Taubkin – "Bayaty" – 2010 Saltanath qrupu– "Zalim" – 2012 Aydan Kaya – "Zalim" – 2012 Matthaios Tsahouridis – "Zalim / Bayatilar" – 2012 Babbe Rabbe – "Bayatilar" – 2013 Bengü – "Zalim" – 2013 Dobranotch qrupu – "Bayatılar" – 2014 Abash Energia Mediterranea – "Bayatı" – 2014 Flat Earth – "Syanide" – 2018 Mark Eliyahu – "Alegria" – 2019 Drenchill – "Never, never" – 2019 Why So Sad – "Out Of Time" – 2019 Bergüzar Korel – "Zalim" – 2020 Tuğba Yurt – "Zalim" – 2021 Ensemble Vinorosso – "Bayaty" – 2021

Sözlər Ürəyimdə ayaz var, Nə qış gedib, nə yaz var. Oyatma bənövşəni, Kol dibində ayaz var.

Kədərli baxmayaydın, Göz yaşım axmayaydı. Yad baxmağı bir yana, Yar yada baxmayaydı.

Bu dünya çətin qala, Yolları çətin qala. Yaxşı yarı yazda gəz, Payıza çətin qala.

Qalanın daşı oldum, Gözümün yaşı oldun. Dünyada gün görmədim, Sevəndə naşı oldum.

Yanımda qal bir az da, Göz yaşı var arazda. Yar yuxusun danışıb, Şəkli qalıb arazda.

Yenə də axşam oldu, Gün keçdi, axşam oldu. Gecələr mən alışdım, Əriyən şam oldu.

Xarici keçidlər 20px|link=YouTube Bir mahnının tarixçəsi – Bayatılar

Həmçinin bax Eldar Mansurov

Kateqoriya:Brilliant Dadaşova mahnıları Kateqoriya:Eldar Mansurovun mahnıları Kateqoriya:1989-cu ilin sinqlları Kateqoriya:Azərbaycan dilində mahnılar