Hıramo — Azərbaycan Respublikasının Lerik rayonunun Lerik şəhər inzibati ərazi dairəsində kənd. 30 dekabr 1997-ci il tarixli 419-IQD saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Bilabənd kənd inzibati ərazi vahidi tərkibindəki Hiramo kəndi Lerik qəsəbə inzibati ərazi vahidi tabeliyinə verilmişdir.
Toponimiyası Oykonim talış dilindəki hır (əkin) və hamo (hamar yer) sözlərindən ibarət "hamar sahədə əkin yeri" və ya talış dilindəki hır (duman, çən), -ə (bitişdirici sait) və mo (çökmüş) komponentlərindən ibarət "dumanlı, çənli" mənalarında olan söz kimi izah olunur.
Əhalisi Əhalisi 174 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Lerik rayonunun kəndləri