Sirab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi Qahab kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sirab kənd inzibati-ərazi vahidi yaradılmışdır.

Toponimikası Kəndin cənubundakı antik dövrə və orta əsrlərə aid yaşayış yeri və qəbir abidələri, kənddən şimal-qərbdəki Sarıdağda isə karst mağarası bu ərazinin qədim insan məskəni olduğundan xəbər verir. Xalq etimologiyasına görə bu toponim "baş su" (sərab) və ya "sirli su" (sirab) mənasındadır. Tədqiqatçılara görə isə fars dilindəki sir (bol, doymuş) və ab (su) sözlərinin birləşməsindən düzələrək "bol sulu, sudan doymuş" mənasındadır. Kəndin yaxınlığında 1979-cu ildə istifadəyə verilmiş Sirab su anbarı da vardır.

Tarixi

Tarixi abidələri Sirab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1841Daşqala mağarasıTunc dövrüSirab kəndiArxeolojiÖlkə1842Sirab nekropoluXII-XVII əsrlərSirab kəndiArxeolojiÖlkə1843Sirab mədən yerie.ə. III–I minilliklərSirab kəndiArxeolojiÖlkə

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992492128412082009↗3023↗1545↗1478

Təhsil Kənddə Sirab kənd tam orta məktəbi fəaliyyət göstərir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Sirab (Babək) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri