Didivar — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Didivar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Kəndin adı XVIII əsrin əvvəllərində Didəbad variantında qeydə alınmışdır. Tədqiqatçıların bir qismi belə hesab edir ki, oykonim qədim İran dillərindəki didi (qala) və var (möhkəmləndirilmiş kənd, şəhər, yurd, məskən) sözlərindən ibarət olub, "qala kənd" mənasındadır. Bəzi tədqiqatçılar isə oykonimi fars dilindəki didi (görüş, görüşmə) və var (yer, yurd, məskən) komponentlərinin birləşməsi kimi "iki çayın görüşdüyü yerdə kənd" mənasında izah edirlər.
Tarixi
Tarixi abidələri Didivar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1844Didivar yaşayış yerie.ə. II–I minilliklərDidivar kəndiArxeolojiÖlkə1845Didivar nekropolue.ə. III–II minilliklərDidivar kəndiArxeolojiÖlkə
Coğrafiyası və iqlimi Kənd Naxçıvançay ilə Cəhriçayın qovuşduğu yerdə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199912356405952009↗1429↗692↗737 Əhalinin əsas hissəsini azərbaycanlılar, qalan hissəsini kürdlər və çox cuzi hissəsini isə yəhudilər təşkil edir.
İqtisadiyyatı
Mədəniyyəti Kənddə bir kitabxana və bir mədəniyyət evi fəaliyyət göstərir.
Təhsil Kənddə Didivar kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə xəstəxana mövcuddur.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Didivar kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri