Bulaqlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun Kürkəndi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Sabirabad rayonunun faktiki mövcud olan "Tinglik sovxozu" yaşayış məntəqəsi Kürkəndi kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına Bulaqlı kəndi adı ilə daxil edilmişdir.
Din Kənddə Bulaqlı kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Həmçinin bax
Kateqoriya:Sabirabad rayonunun kəndləri