Poladlı — Azərbaycan Respublikasının Qobustan rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim şahsevənlərin poladlı tayfasmın adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekoli tirələri haqqında məlumat verilir. Kəlamların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax r-nunun ərazisinə köçməsi haqqında da məlumat var.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1552 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmış şəxsləri Xalid Mecdunov. Mirdamət Bağıyev (1986) — Vətən Müharibəsi Qəhrəmanı.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qobustan rayonunun kəndləri