Hamarmeşə (əvvəlki adı: 30-cu Kilometr) — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Vizəzəmin kənd Sovetinin 30-cu Kilometr kəndi Hamarmeşə kəndi adlandırılmışdır.

Toponimikası Kəndin keçmiş adı Otuzuncu kilometr olmuşdur. Yaşayış məntəqəsi Lənkəran–Lerik avtomobil yolunun 30 km.-liyində yerləşdiyinə görə belə adlandırılmışdır. Oykonim "düzənlikdə olan meşə" mənasındadır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Lənkərançayın sahilində yerləşir.

İqtisadiyyatı Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir.Lerikin beş kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir. azertag.az, 22.12.2012

Din Kəndin tamamı şiə müsəlmanlardır. Kənddə Hamarmeşə kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Həmçinin bax

Kateqoriya:Lerik rayonunun kəndləri