Beştalı — Azərbaycan Respublikasının Salyan rayonunun Kür Qaraqaşlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Yerli əhali arasında Yaxa (sahil) Beştəli də adlandırılır. XIX əsrə aid sənədlərdə Ərəb Beştalu və ya Beştalu kimi qeydə alınan bu yaşayış məntəqəsinin Ərəb Balaoğlan və Ərəb Qardaşbəyli kəndlərinin camaatı tərəfindən salınması haqqında məlumat vardır. 1933-cü ildə Beştalı Salyan kimi qeydə alınmışdır. Oykonimin beş və talı ("tala" sözünün variantı) sözlərindən düzəldiyi və "beş tala" mənasını ifadə etdiyi ehtimal olunur. Türk dillərində tal və tala sözlərinin "düz", "kəndir", "qat, lay, mərtəbə" mənalarında işlənməsi də məlumdur.'''Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.88.

Coğrafiyası və iqlimi Kür çayının sağ sahilində düzənlikdə yerləşir. Çayın sahilində Tuğay meşəsi vardır. Qonşu kəndlər Cəngan və Kür Qaraqaşlı kəndləridir.

Din Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Kateqoriya:Salyan rayonunun kəndləri