Pənahlılar — Azərbaycan Respublikasının Göygöl rayonunun Pənahlılar kənd inzibati ərazi dairəsində kənd. 26 dekabr 2006-cı il tarixli 215-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Pənahlar kəndi Çaylı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Pənahlar kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası Yaşayış məntəqəsi pənahlar nəslinin məskunlaşması nəticəsində yaranmış və həmin nəslin adı ilə də adlandırılmışdır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Kürəkçayın sahilində, dağətəyi ərazidə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1105 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Həmçinin bax

Kateqoriya:Göygöl rayonunun kəndləri