Nəcəflər — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd.

Nəcəflər kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi nəcəflər nəslinin məskunlaşması nəticəsində yarandığına görə həmin nəslin adi ilə adlandırılmışdır.

1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun kəndləri