Katex — Azərbaycan Respublikasının Balakən rayonunun Katex kənd inzibati ərazi dairəsində kənd.

Tarixi XVII əsrdə Cənubi Dağıstandan gəlmiş avarların Katex adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını buradan axan Katex çayının adından almışdırAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2 cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 381 . thumb|200px|Katex qalası

Coğrafiyası və iqlimi Katex çayı sahilində, Alazan-Əyriçay çökəkliyindədir.

Əhalisi +Katex kəndi əhalisinin milli tərkibi Etnik qrup Sayı, 1970 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Белоканский район (перепись 1970 года) Nisbəti, 1970 sa. Sayı, 1979 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Белоканский район (перепись 1979 года) Nisbəti, 1979 sa. cəmi4 370100 %5 275100 % azərbaycanlı3 60182.4 %4 90993.1 % avar66215.1 %2645 % rus və ukraynalı70.2 %541 % ləzgi290.7 %390.7 % gürcü60.1 %50.1 % tatar70.2 %10.1 % erməni20.1 %10.1 %

İqtisadiyyatı thumb|250px|İki saylı məktəb Kənddə soyuducu anbar kompleksi var. Kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmış, 17 avqust 2013-cü ildə açılışı olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.İlham Əliyev Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir president.az Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur.

Din Kənddə Katex kəndi "Mərkəzi" məscidiMÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az və Katex kəndi Kombinat məscidi dini icmaları fəaliyyət göstərir.

İstinadlar

Kateqoriya:Balakən rayonunun kəndləri