Yuxarı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun Yuxarı Tala kənd inzibati ərazi dairəsində kənd.

Mədəniyyəti Kənddə tikintisi 1910-cu ildə başa çatdırılımış Cümə məscidi var. Məscidin tikintisinin fikir müəllifi və tikintiyə rəhbərlik edən şəxs Şeyx Əhməd Əfəndi Talalı olmuşdur. Məscidin dam örtüyü xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən talalılara hədiyyə edilmişdir.

Əhalisi Əhalisi 7386 nəfərdir. +Yuxarı Tala kəndi əhalisinin milli tərkibi Etnik qrup Sayı, 1970 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Закатальский район (перепись 1970 года) Nisbəti, 1970 sa. cəmi3 924100 % azərbaycanlı3 69694.2 % avar882.2 % ləzgi591.5 % saxur501.3 % erməni120.3 % rus və ukraynalı100.3 % gürcü10.1 %

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

İstinadlar

Kateqoriya:Zaqatala rayonunun kəndləri