Half-Life (fiziki termin: yarımçevrilmə dövrü) — Valve tərəfindən yaradılan və elmi-fantastik janrda olan, dünyanın ən məşhur oyunlarından biridir. Oyun elmi-fantastik janrda özünəməxsus yer tutmuş və tənqidçilər tərəfindən ən yüksək rəylər almışdır. Half-Life seriyasından ilk oyundur. 2001-ci ildə Gearbox Software studiyası oyunu Sony PlayStation 2-yə portlaşdırır. Bir müddətdən sonra Half-Life həmçinin Sega Dreamcast platformasına da çıxır.

Half-Life — süjeti tamamilə oyun məkanında inkişaf edən ilk oyundur (video çarxlardan istifadə etməyərək). Oyun nəşrçiləri süjetin və ümumiyyətlə oyun dünyasının novator stilini yüksək qiymətləndirmişlər. Oyunun başqa güclü tərəfi, düşmənin süni intellekti (AI) göstərilir. Half-Life müttəfiqlərin yarandığı ilk oyundur. Bir çox nəşriyyatçılar xüsusilə qeyd edirlər ki, Half-Life atıcı janrında inqilab etmiş və onun inkişafında yeni mərhələnin təməlini qoymuşdur.

Oyun dövri mətbuatdan çoxlu sayda müsbət rəylər almışdır. 50-dən çox oyun nəşrçiləri Half-Life-ı "İlin oyunu" adına layiq görmüş PC Gamer isə üç dəfə "bütün zamanlar ərzində yaradılan ən mükəmməl oyun" elan etmişdir.

Uğur dalğasında bir neçə əlavələr buraxılıb: Half-Life: Opposing Force (OpFor), Half-Life: Blue Shift (BS) və PS2-versiyası üçün eksklüziv addon — Half-Life: Decay. Bundan əlavə bir çox rəsmi modifikasiyalar yaradılıb. Bunların arasında dünyanın ən məşhur şəbəkə oyunları da var: Counter-Strike (CS), Team Fortress Classic (TFC), Deathmatch Classic (DMC), Day of Defeat (DoD), Ricochet. 2004-cü ildə oyunun davamı — Half-Life 2 (HL2) buraxılmışdır ki, I hissəsinin uğurunu davam etdirərək yenidən "İlin oyunu" seçilmişdir.

Yaradılma

thumb|left|Geyb Nyuell Half-Life Valve-nin yaratdığı ilk oyundur. Əsas yaradıcılar Microsoft korporasiyasından çıxmış — Maykl Harrinqton və Geyb Nyuell idilər. Özlərinin dediklərinə görə həyatda ən böyük arzularından biri qorxulu 3D-shooter yaratmaq idi. Bunun üçün onlar hətta Quake mühərrikinini id Software şirkətindən lisenziyalaşdırmışdılar (sonradan Valve mühərriki güclü modifikasiya edir. Skelet animasiyası və Direct3D dəstəkləyici əlavə etmişlər. Yaradıcılar mühərrikin 70% kodunun dəyişdiklərini etiraf ediblər). İlk vaxtlar şirkət nəşrçi tapmaqda çətinlik çəkirdi. Çünki bir çox nəşriyyatlar onların layihəsini təcrübəsiz studiya üçün həddindən artıq "ambisioz" hesab edirdi. Ancaq Sierra gənc studiyanın 3D-Action layihəsi ilə maraqlandı və çox tez Valve-ni öz qanadı altına aldı.

Half-Life-ın orijinal adı Quiver (azə. Yağış) olub. Bu ad Stiven Kinqin məşhur romanı "Duman" (The Mist) kitabından götürülmə idi.. Geyb Nyuell öz müsahibəsində dediyi sözlərə görə, "Half-Life" adı ona görə seçilmişdir ki, bu ad oyun mövzüsuna tam uyurdu, standart və şablon deyildi, həmçinin öz simvoluna – yunan hərfi λ (lyambda) malik idi ki, bu da fizikaya istinad idi. Bununla belə, variantlardan biri "Half-Death" (hərfən — "Yarı-ölüm") olub.

Oyunda göstərilən bütün xəritələr əvvəlcə bir qrup dizayner və animator tərəfindən kağızda çəkilirdi. Məqsəd bir-birindən daha maraqlı mərhələlərin yaradılması, bununla belə Valve-də olan texnologiyalardan maksimum istifadə etmək üçün idi..

İlk əvvəl süjetin baş verdiyi "Qara Meza" tədqiqat mərkəzində çalışan mühafizəçi və alimlər oyunçuya qarşı olmalı idilər. AI üzərində işləyən Stiv Bond onları düşmənlərin əmri hərəkətləri üzrə eksperementlər üçün istifadə edirdi. Stiv onları oyunçunu vurmaq əvəzinə, onun arxasınca getməyi məcbur edirdi ki, bununla da AI-nin məkanda naviqasiya qabiliyyətini yoxlayırdı. Lakin sonradan yaradıcılar "oyunçu müttəfiqləri" ideyasını bəyənirlər və nəticədə Frimanin oyundakı rolu dəyişdirilir, oyun isə tamamilə dəyişikliyə məruz qalır.

Half-Life ilk dəfə ictimaiyyətə 1997-ci ildə, E3 oyun sərgisində göstərilib. Half-Life sərginin əsil hitinə seçrilir. Animasiya sistemi və oyun AI-si o dövr üçün inanılmaz idi.

1997-ci ilin avqust ayında Valve oyunun süjeti və qəhrəmanları üzərində iş üçün yazıçı-fantast Mark Leydlounu işə götürür. Half-Life Quake II ilə rəqabət aparmaq üçün 1997-ci ildə buraxılmalı idi. Ancaq onda Valve layihənin buraxılışa hazır olmadığına qərar verir.

2003-cü ildə Edge jurnalının "Making Of…" bölməsində Geyb Nyuell oyunun erkən yaradılma dövründə mərhələlərin dizaynında bəzi problemlərin olmasına toxunur. Dizaynerlər tərəfindən hər dəfə özündə bütün silahları, bütün düşmənləri, skript səhnələrini birləşdirən mərhələlər yığılırdı. Bu yeganə mərhələ, oyunun hazırlanmasını davam etmək üçün studiyaya hər dəfə ilham verirdi. Ona görə ki, yaradıcılar öz əməklərinin bəhrəsini alır və necə irəli getdiklərini görürdülər. Nəticə olaraq, studiya AI və mərhələlərin bütün işini oyunun buraxıldığı il bitirir. 1998-ci ilin E3 sərgisində Half-Life tənqidçilər tərəfindən "Ən yaxşı PC oyun" və "Ən yaxşı action-oyun" mükafatını alır.. Oyunun buraxılış tarixi bir neçə dəfə təxirə salınsa da nəhayət 1998-ci ilin noyabr ayında işıq üzü görür

Süjet

Half-Life-ın süjeti novator tərzdə ötürməsi atıcı janrda olan oyunların inkişafına təkan vermişdir. İlk dəfə oyun tarixi müxtəlif video çarxlar və ya zaman kəsiyi olmadan danışılırdı. Süjet oyunun bir-başa daxilində və real zamanda skript səhnələr vasitəsilə inkişaf edir. Oyun prosesi və süjetin ötürülməsi bu cür yanaşmada tamamilə bir, vahid olur. Oyun mərhələ və ya missiyalara bölünmür; oyun dünyasının xəritələrə bölgüsü yalnız texniki məhduyyətdən irəli gəlir. Bütün hadisələri oyunçu baş qəhrəmanın — Qordon Frimanın gözləri ilə müşahidə edir. Növbəti monoloq və ya başqa vacib süjet hadisəsi baş verəndə oyunçu qəhrəmanın gözlərindən izləyir. Eyni zamanda personajı qıraqdan görmək və ya səsini eşitmək olmaz. Bütün oyun boyu baş qəhrəman bir dəfə də olsun danışmır. Bütün bu üsullar "iştirak etmə" effektini yaradır və oyunçunun virtual reallığa dalmasına kömək edir.Stories Of Gaming: An Essential 50 Recap . Статья на сайте 1up. Süjet xəttinə dolayısilə "Duman" əsəri və "Məxfi materiallar" teleserialı təsir edib.

Giriş

thumb|260px|Qara Meza tədqiqat mərkəzinin giriş zalı (Source) Oyun hadisələri ABŞ-nin Nyu-Meksiko ştatında yerləşən Blek-MesaBlack (ing.) — qara; mesa (düz.) — yayla dağında başlayır.Mitchell, Heather. Half-Life instruction manual. Valve Software , 1998. — P. 2. Süjetə görə məhz orada tam məxfi eksperementlər aparan federal tədqiqat mərkəzi yerləşir. Baş qəhrəman — anomal materiallar laboratoriyasında çalışan cavan və istedadlı elmi əməkdaş Qordon Firmandır. Aşağı mərhələli giriş hüququ olan alim, gələcək işin nə dərəcədə təhlükəli olacağını güman etmir. Bir gün Qordonu kristalı standart analiz etmək üçün test kamerasına yollayırlar. Ancaq analizin nəticəsi fəlakətli olur.Half-Life rəsmi saytı (arxiv). Half-Life süjetinə nəzər.

"Lyambda" laboratoriyası — "Qara Mezanın" bir hissəsi — teleportasiya sahəsində tədiqatlar aparırdı. Onlar Zen dünyasına portal açmağa nail olublar ki, orada da canlı məxluqlardan əlavə qeyri-adi kristallar da aşkar ediblər. Bu kristallar olduqca böyük elmi maraq doğurur. Alimlər bu kristallar dalınca bir neçə dəfə tədqiqat qrupları (sonradan Zen-nin müxtəlif yerlərində həmin qruplardan olan adamların meyitlərini görmək olar) yollayırdılar ki, onlar da öz növbəsində yerli əhali ilə döyüşə girərək həmin kristalları Yerə gətirirdilər. Məhz buna görə H.E.V. qoruyucu kostyumu geyinən hər "Qara Meza" əməkdaşı silahla təlim keçir. Bir gün tədqiqatçıların əlinə ən təmiz və ən qeyri-stabil kristal düşür. Kristal növbəti eksperementlər üçün Frimanın işlədiyi anomal materiallar laboratoriyasına ötürülür. Ancaq analiz prosesi zamanı superkompyuterlərdən biri partlayır. Bu da kristalın düzgün emal edilməməyinə gətirib çıxarır və onu daha da qeyri-stabil edir (eksperemental bunkerə gedəndə, liftin yanında, iki alimin durduğu yer tərəfdə bir superkompyuterin sıradan çıxdığını görmək olar. Ancaq rəhbərlik eksperementi kəsməməyi qərara alır. Sonradan superkompyuterin yanında dayanan alimlərdən birinin digərinə bu sözləri deməyini eşitmək olar: "Biz axı onları xəbərdar etmişdik... Axı nəyə görə qulaq asmadılar?!"). Özgə dünyanın hissəsi olan kristal iki dünya arasında "körpüyə" çevrilir.

thumb|260px|left|Təcrübə zamanı baş verən kaskad rezonansı (Source) Eksperement prosesi zamanı bizim və özgə dünyanın fəzası çarpazlaşmağa başlayır (bunu həm də Frimanın gah gəlmələrin gah da yenidən bizim dünyaya gedib-qayıtması sübut edir). Fəlakətdən dərhal sonra deşilmiş fəza baryerindən tədqiqat mərkəzinə "Zen (Xen)" adlanan dünyadan müxtəlif məxluqlar teleportasiya etməyə başlayır. Çaxnaşma başlayır. Özgə dünyanın faunası Qara Meza alimlərinə qarşı özlərini olduqca aqressiv aparır, demək olar ki, bütün heyəti məhv edirlər. Kristalın rezanansı güclü lokal təkana səbəb olur ki, nəticədə mərkəzin bir çox konstruksiyalarını dağıdır, texnikanı və laboratoriyaların elektronikasını sıradan çıxırır. İdarə altından çıxmış eksperementi hərbiçilər saxlamağa cəhd edir. Təhlükəni aradan qaldırmaq üçün Qara Mezaya HECU xüsusi hissəsi göndərilir. HECU kompleksin ərazisini paralel olaraq həm gəlmələrdən həm də sağ qalmış şahidlərdən təmizləməyə başlayır. Qordon tədqiqat kompleksindən var gücü ilə xilas olmağa çalışır.The Story So Far . Half-Life süjetinə Episode One saytından nəzər. "Lyambda" kompleksinə çatıb, alimlərlə birgə vəziyyətdən baş açmağa çalışır. Əslində kristalın məhvi ilə fəzadakı dəlik yoxa çıxmalı idi amma yox: "Lyambda" alimləri israr edirlər ki, o biri tərəfdən, Zen-dən hansısa güclü məxluq dəliyin qapanmasına mane olur. Onlar Frimana Zenə teleportasiya olmasını və o dəliyi saxlayan mənbəni tapmağı məsləhət görürlər. Ancaq xəbərdar edirlər ki, portal bağlanandan sonra geri qayıtmaq mümkün olmayacaq.

Hissələr

1. Black Mesa Inbound (Qara Mezaya gəlmə) — "Sabahınız xeyir. Qara Meza tranzit sisteminə xoş gəlmisiniz. Saat 08:47 dəqiqədir, kompleksdə temperatur 68 °F…". (68 °F = 20 °C) Qordon Friman anomal materiallar laboratoriyasında iş üçün Qara Mezaya çatır. Bütün hissə Firmanın monorelsdə səyahətindən ibarətdir. Burada o kompleksin nəhəngliyini və miqyasını müşahidə edir.I Başlıq. Opening Sequence . Planet Half-Life. 2. Anomalous Materials (Anomal materiallar) — Friman təhlükəli şəraitdə iş görmək üçün H.E.V. müdafiə kostyumunu geyinir və vacib eksperementdə iştirak etmək üçün test kamerasına yollanır. Təcrübə zamanı, təlimatlara uyaraq Qordon anomal materialı antimass-spektrometrə yerləşdirir. Bundan sonra kamerada idarəedilməz hadisə baş verir ki, bunu alimlər sonradan kaskad rezonansı adlandırırII Başlıq. Anomalous Materials . Planet Half-Life.. 3. Unforeseen Consequences (Gözlənilməz nəticə) — Friman tədqiqat mərkəzini tanınmaz hala salan dəhşətli fəlakətdən sonra sağ qalanlar arasında olur. Qara Mezaya özlərini çox aqressiv aparan yadelli məxluqlar teleportasiya etməyə başlayır. Bu şəraitdə İlay Vens Qordondan yuxarı qalxmağı və yardım çağırmarı xahiş edir.III Başlıq. Unforeseen Consequences . Planet Half-Life. 4. Office Complex (Ofis kompleksi) — Gəlmələrdən müdafiə olunaraq, möcüzə nəticəsində sağ qalmış alim və mühafizəçiləri öz tərəfinə cəlb edən Qordon yuxarı çıxmağa çalışır.IV Başlıq. Office Complex . Planet Half-Life 5. "We’ve Got Hostiles" (Biz düşmənə rast gəldik) — Olduqca tez Qordon "yardımın" burada olduğunu aşkar edir — hökumət hərbi qüvvələri əraziyə yollayaraq eksperementin nəticəsini və şahidləri tam təmizləmək əmrini verib. Əlbəttə ki, Friman daxil olmaqla. Sağ qalmış alimlərdən birinin sözlərinə görə xilasa yeganə yol — "Lyambda" kompleksidir. Qordon yuxarıya çıxır ancaq desant çıxarılması üzündən yenidən aşağı düşüb, başqa yol axtarmağa məcbur olur.V Başlıq. We’ve Got Hostiles . Planet Half-Life. 6. Blast Pit (Reaktiv şaxta) — Reaktiv mühərrikin sınanması üçün nəzərdə tutulan şaxtaya gedən yolu üç caynağlı nəhəng məxluq kəsib. Friman məqsədinə çatmaq üçün reaktiv mühərrikə yanacağı təmin edir və yerdənkənar həyat formasını raket sınağı ilə yandırır.VI Başlıq. Blast Pit . Planet Half-Life.