Taxtalar — Azərbaycan Respublikasının Şabran rayonunun Taxtalar kənd inzibati ərazi dairəsində kənd. 2 aprel 2010-cu il tarixli 982-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Dəvəçi rayonunun Taxtalar kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Coğrafiyası və iqlimi Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran–Pirəbədil–Zeyvə avtomobil yolunun üstündədir.

Əhalisi Taxtalar kəndinin əhalisi tatlardan ibarətdir. Kənddə 532 nəfər əhali yaşayır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şabran rayonunun kəndləri