Ağqıraqlı — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi Ağqıraqlı/Ağqıraq Yevlax rayonunun Varvara inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi XIX əsrdə Qazax mahalından köçüb gəlmiş ağqıraqlı nəsli salmışdır. Bu nəslin nümayəndələri indi də Qazax rayonunun Yuxarı Salahlı kəndində yaşayırlar. Etnotoponimdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

İstinadlar

Kateqoriya:Yevlax rayonunun kəndləri