İsmayılabad — Azərbaycan Respublikasının Yevlax rayonunun Nemətabad inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetindən İsmayılabad kəndi Səmədabad kənd Sovetinin tərkibinə verilmişdir.

Toponimikası Yaşayış məntəqəsini 1918-ci ildə Ermənistanın Ozan, Veri, Toxacar kəndlərindən milli qırğın zamanı qaçıb gəlmiş və bir müddət Tovuz rayonunda yaşadıqdan sonra 1928-ci ildə indiki ərazidə məskunlaşmış azərbaycanlı ailələr salmışlar. Kənd vaxtilə oranın abadlaşmasında xidməti olmuş İsmayılın (Bərdə rayon sovetinin sədri) adı ilə adlandırılmışdır.

Coğrafiyası və iqlimi Kənd Qarabağ düzündə yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Yevlax rayonunun kəndləri