Cırqurd — Azərbaycan Respublikasının Göyçay rayonunun Bığır kənd inzibati ərazi dairəsində kənd. Göyçay şəhərindən cənub–şərqdə, Yuxarı Şirvan kanalın sağ sahilində Şirvan düzündə yerləşən kənd. Yaşayış məntəqəsi əvvəllər Yenikənd də adlanmışdır. Cırqurd (Cırkürd) yaşayış məntəqəsini vaxtilə Göyçay rayonunun Türkmən kəndindən köçüb gəlmiş ailələr salmışdır.
Əhalisi Əhalisinin sayı 121 (2009) nəfərdir.
Toponomikası Əsli Cir-Kürt olmuşdur. Bu oykonim cır (kiçik) və kürd (etn) komponentlərindən ibarət olub, "kürdlərin az hissəsi"", "kiçik kürd kəndi" mənasındadır. Etnonimdir.
Həmçinin bax Müskürlü Məlikkənd (Göyçay) Potu Qarabaqqal Yenikənd (Göyçay) Çaxırlı (Göyçay)
İstinadlar
Kateqoriya:Göyçay rayonunun kəndləri