Şahbuzkənd (əvvəlki adı: Kənd Şahbuz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kənd Şahbuz kənd inzibati ərazi dairəsi tərkibindəki Kənd Şahbuz kəndi Şahbuzkənd, Kənd Şahbuz kənd inzibati ərazi dairəsi Şahbuzkənd inzibati ərazi dairəsi adlandırılmışdır.
Toponimikası və tarixi Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin adı ərazidəki Şahbuztəpə adlanan yüksəkliyin adından alınmışdır. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. — Bakı: "Şərq-Qərb", 2007. — 2 cilddə.
Əhalisi Əhalisi 1250 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax Şahbuz rayonu
İstinadlar
Kateqoriya:Şahbuz rayonunun kəndləri