Xoşkeşin (əvvəlki adı: Xoşkeşiş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Xoşkeşiş kəndi Xoşkeşin kəndi adlandırılmışdır.
Toponimikası Əlincə çayının sahilində, dağətəyi ərazidədir. Oykonim türk dillərindəki koş (çobanların müvəqqəti yaşayış yeri, yurd, dayanacaq, köç) və kezen (aşırım, dağ yalı) sözünün fonetik forması olan kesin/keşin sözlərindən düzəlib, "dağ yalında çobanların dayanacaq yeri" mənasındadır.
Əhalisi Əhalisi 411 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İstinadlar
Kateqoriya:Culfa rayonunun kəndləri