Bəyəhmədyurd — Azərbaycan Respublikasının Xızı rayonunun Baxışlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Xızı kənd Sovetinin Bəyəhmədyurd kəndi Baxışlı kənd Sovetinin tərkibinə verilmişdir.

Toponimikası XIX əsrdə Xızı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1933-də Bəyəhməd Yurdu kimi qeydə alınmışdır. Bəyəhməd (şəxs adı) və yurd komponentlərindən düzəlib "Bəyəhmədin yurdu, Bəyəhmədə məxsus yaşayış yeri" mənasındadır.

Coğrafiyası və iqlimi Kənd Xızı yaylasında yerləşir.Əhalisi Tatlardır və bir qismi Baxışlı kəndinə köç edib.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xızı rayonunun kəndləri