Albalan — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Hamarqışlaq kənd inzibati ərazi dairəsində kənd.

Etimologiyası Toponimin tərkibindəki albalı ağac adı, «an» isə «məkan», «yer» mənasındadır.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

Tarixi

Toponimikası Burovar silsiləsinin ətəyindədir. Oykonim al (burada "qırmızı") və balan (türk dillərində "başınağacı") sözlərindən düzəlib, "qırmızı başınağacı" deməkdir. 1917-ci ildə bu oykonim Alıbağan şəklində qeydə alınmışdır. Bu məqamda həmin oykonim Alı (antr.) və bağan/bakan (türk dillərində "asılı", "aid"; "məxsus"; "tabeliyində olan") sözlərindən düzəlib, "Alı (və ya Əli) adlı şəxsə məxsus kənd" deməkdir. Toponimi "Alının bələni (aşırımı)", "boz aşırım" kimi yozanlar da var.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 593 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri