Çünəxanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Çünəxanlı kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.
Burovar silsiləsinin ətəyindədir. Əsl adı Çumaxanlıdır. Yaşayış məntəqəsi XIX əsrin sonlarında muğanlı tayfasına mənsub çumaxanlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Əhalisi Əhalisi 236 nəfərdir (2009).Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010. 630 səh
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri