Boris Vasilyeviç Tokaryev () — Rusiyanın teatr və kino aktyoru. Rusiyanın əməkdar artisti, Rusiya Kinoaktyorlar Gildiyasının ilk vitse-prezidenti, "Debüt" studiyasının baş prodüseri.

Həyatı

Boris Tokaryev 1947-ci ildə Kaluqa vilayətinin Kiselyovo kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri də elə orada keçmişdir. Sonralar Tokaryevlər Moskvaya köçür və Boris məhz orada ilk dəfə məktəbə gedir.

Boris kino debütünə 12 yaşında "Xilas edilmiş nəsil" filmində çəkilərək imza atır. 13 yaşında ikən Boris Puşkin adına teatra dəvət alır. Bir müddət sonra onu rejissor Pobedonossevin yanına assistent kimi qəbul edirlər. Beləliklə, Boris məktəbdə təhsilini davam etdirə-etdirə böyük səhnədə əsl aktyor kimi yetişməyə başlayır. Məktəbi bitirənə qədər o, daha bir neçə filmdə çəkilir.

"Maksim, indi haradasan?" filminin çəkilişlərində 17 yaşlı Boris onunla tərəfmüqabil olan Lüdmila Qladunko ilə tanış olur. Onlar 1969-cu ildə ailə həyatı qurmuşdular...

Filmoqrafiya

Aktyorluq fəaliyyəti

İl Azərbaycanca adı Orijinal adı Rol1959 Xilas edilmiş nəsil Спасённое поколение Viktor1963 Göy dəftər Синяя тетрадь Kondrati Yemelyanov1964 Maksim, indi haradasan? Где ты теперь, Максим? Maksim1964 Palata Палата 1965 Düzlük Верность leytenant1965 Dənizə yol Дорога к морю Tolya1969 Knyaz İqor Князь Игорь knyaz Vladimir1970 Dənizçi xarakteri Морской характер Andrey Korotkix1971 Əgər kişisənsə... Если ты мужчина... Paşka Snegiryov1972 İsti qar Горячий снег Nikolay Kuznesov1973 Yüksək rütbə Высокое звание Pavel Şapovalov1975 Biz bunu keçməmişik Это мы не проходили Yura Ryabinin1976 İki kapitan Два капитана Sanya Qriqoryev1981 Aleksandr Kiçik Александр Маленький kapitan İqor Svetov1985 Dumanda sahil Берега в тумане Voronov1987 Gecə ekipajı Ночной экипаж epizod1996 Prezident və onun xanımı President и его женщина Qleb1999 D.D.D. Detektiv Dubrovskinin dosyesi Д. Д. Д. Досье детектива Дубровского Voytov2001 Məni tərk etmə, məhəbbət Не покидай меня, любовь 2005 Mayor Puqaçovun son döyüşü Последний бой майора Пугачёва general-mayor Artyomov2009 Distansiya Дистанция

Rejissor fəaliyyəti

İl Azərbaycanca adı Orijinal adı Filmdə iştirakı Filmin növü1979 Mənim mələyim Ангел мой rejissor 1979 İdman, İdman, İdman və ya Mişa dayı məsləhətlərini verir Спорт, Спорт, Спорт или дядя Миша даёт советы rejissor 1982 Bizim nikahımız kilsədə olmayıb Нас венчали не в церкви rejissor Bədii film1985 Üsyan meydanı Площадь Восстания rejissor, ssenarist 1987 Gecə ekipajı Ночной экипаж rejissor, aktyor Bədii film1992 Tərkdünya Отшельник rejissor 2001 Məni tərk etmə, məhəbbət Не покидай меня, любовь rejissor, aktyor 2009 Distansiya Дистанция rejissor, aktyor 2010 Öncəgörən Ömər Xəyyam Прорицатель Омар Хаям rejissor

İstinadlar

.

Xarici keçidlər

Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:"Lenin komsomolu" mükafatı laureatları Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Rusiya Federasiyasının əməkdar incəsənət xadimləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları