Qasımbəyli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şabanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Lənkəran ovalığındadır. Qeyd edək ki, Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində, Goranboy rayonunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində və Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti, II cilddə. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. II cild səh.42
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 243 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri