1001-ci qastrol filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-revyuda belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir. Filmdə əsas rolları Rəşid Behbudov, İnarə Quliyeva, İnna Leşşinskaya, Liya Eliava və Mavr Pyasetski ifa edirlər.

Məzmun Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir. Burada film üçün xüsusi musiqi proqramı tərtib olunmuş, o cümlədən qəflətən var-dövlət sahibi olan Məşədinin məzəli, Dərvişin qeyri-adi mahnıları Rəşid Behbudovun ifasında səslənmişdir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 82–83

…Müğənni Eldarın (Rəşid Behbudov) gözəl səsi var. Yüngül şöhrət ardınca qaçan istedadsız Qaranəfəsin (Rəsmi Cəbrayılov) isə ona paxıllığı tutur. Buna görə də öz dəstəsi ilə onu hər addımda təqib edir, çıxışlarına maneçilik törətməyə çalışır. Lakin digər detektiv filmlərdə olduğu kimi, burada da əhvalat yaxşı sonluqla başa çatır.

Filmdə belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir.

Filmin heyəti

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Vaqif Səmədoğlu, Oqtay Mirqasımov Rejissor: Oqtay Mirqasımov Operator: Rafiq Qəmbərov Rəssam: Rafiz İsmayılov Bəstəkar: Rafiq Babayev

Rollarda Rəşid Behbudov — Eldar Əliyev İnarə Quliyeva — İradə İnna Leşşinskaya — Beba Liya Eliava — Şirin xanım Mavr Pyasetski — Pertsimmer Rafiq Babayev — Tofiq Rəsmi Cəbrayılov — Qaranəfəs Adil İsgəndərov — Əliqafa Rafiq Əzimov — Qaqaş Adil İsmayılov — Yatağan Nəsibə Zeynalova — Şərəbanı nənə Eldar Əliyev — rejissor

Filmi səsləndirənlər Şahmar Ələkbərov — rejissor (Eldar Əliyev) (titrlərdə yoxdur) Rasim Balayev — Eldar (Rəşid Behbudov) (titrlərdə yoxdur) Şəfiqə Məmmədova — Leyla (titrlərdə yoxdur)

İstinadlar

Kateqoriya:1974-cü ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın komediya filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Oqtay Mirqasımovun filmləri