Qaraqocalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Qaraqocalı oyk., sadə. Şirvan düzündədir; Şəmkir r-nunun Seyfəli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqələrini qaraqocalı adlı nəslə mənsub ailələr saldığı üçün belə adlanmışdır. Bu oykonim “Qara Qocanın nəslindən olanlar, qaraqocalılar” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1288 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Məşhur sakinləri Təvəkkül İsgəndərov — Zoologiya üzrə fəlsəfə doktoru, dosent, alim.

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Kürdəmir rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Kürdəmir rayonunun kəndləri