Mürtülü — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Tarixi olduqca qədimdir. Azərbaycan ərazisinə ən qədim qəbiristanlıq burada yerləşir.

Toponimikası Mürtülü oyk. Şirvan düzündədir. İnqilabdan əvvəlki ədəbiyyatda kəndin adı Murtu kimi qeyd olunmuşdur. Yaşayış məntəqəsi Göyçay r-nunun Mırtı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Mədəniyyəti Əhalinin əksəriyyəti əkinçiliklə məşguldur, ziyali sakinləri coxdur. Həmidov Faiz Muxtar oglu həm kəndin, həm butun rayonun fəxri olmuşdur.

Coğrafiyası və iqlimin Kənd düzənlikdə yerləşir. Torpaqlarının çox hissəsi şoranlıqdır. Yayı sərt isti, quraqlıq, qışı mülayim keçir.

Əhalisi Əhalisi 3 min civarındadır. 1 orta məktəb fəaliyyət göstərir. Direktoru Binyət Abdullayevadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1659 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Kürdəmir rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Kürdəmir rayonunun kəndləri