Cığatay — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qaraçı kənd inzibati ərazi dairəsində kənd.

Əhalisi Kəndin əhalisi 656 nəfərdir (2009). Kəndin milli tərkibi azərbaycanlılardan ibarət olaraq, dinləri isə islamın şiə məzhəbidir.

Tarixi

Tarixi məlumatlara görə, Cığatay XVIII əsrdə Ərdəbildən köç edən Şahsevən tayfasının Təvabi Məmməd xanın rəhbərliyi altında qurduğu kəndlərdən biri idi.

Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Xaçmaz rayonu Cığatay kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az .

İstinadlar

Kateqoriya:Xaçmaz rayonunun kəndləri