Babək (əvvəlki adı: Təzəkənd) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilmiş, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.

Toponimikası

Tarixi 1978-ci ilə qədər qəsəbənin adı Təzəkənd olmuşdu. Həmin ildə qəsəbənin adı dəyişdirilərək Babək Xürrəminin şərəfinə Babək adlandırılmışdır.

Tarixi abidələri

Coğrafiyası və iqlimi

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992844136814762009↗3324↗1618↗1706

İqtisadiyyatı 2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad – Babək – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır.

Mədəniyyəti Babək şəhərində Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evi burada 2007-ci ildən fəaliyyət göstərir.Babək qəsəbəsində mədəniyyət evi istifadəyə verilib – Zaman.az Bundan başqa Babək şəhəri yaxınlığında orta əsr şəhəri olan Astabadın xarabalıqları yerləşir. Bundan başqa şəhərdə Babək tarix-diyarşünaslıq muzeyi fəaliyyətdədir.

Təhsil Şəhərdə Babək şəhər 1 nömrəli və 2 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.

Din

Səhiyyə

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Naxçıvan Muxtar Respublikasının şəhərləri Kateqoriya:Babək rayonunun şəhərləri