Nəsimi — Rejissor Həsən Seyidbəylinin dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi haqqında filmi.Teymurləngin ordusunda çətir tutan “əsgər”: Rasim Balayev və Xalidə Quliyeva “Nəsimi” filminin kadrarxası məqamlarından danışır //Azadlıq.- 2015.- 2 fevral.- S.14.

Məzmun Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur.

Film haqqında Film aktyor Rasim Balayevin kinoda ilk böyük işidir. Film "Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmidir. Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə "Nəsimi" bədii filmini çəkmişlər. Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət etmişlər. Film İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilib. Rasim Balayev: "Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbiidir" Film 2010-cu ildə bərpa edilmişdir.“İki film bərpa edilib” [Kinorejissor Həsən Seyidbəylinin yubileyi münasibətilə bərpa olunub Dövlət Film Fonduna daxil olan "Dədə Qorqud" və "Nəsimi" filmləri barədə] //Ayna.-2010.- 19 iyun.- səh.19. Film 2019-cu ilin dekabrında Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun sifarişi və dəstəyi ilə "Balans" Milli Rəqəmsal Bərpa Studiyasında tam bərpa edilib.

Festivallar və mükafatlar 1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Kinolentə Tarixi Mövzuda Ən Yaxşı Filmə görə Mükafat verilmişdir. Ən Yaxşı Kişi Rolunun İfasına görə aktyor Rasim Balayevə II Mükafat verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: İsa Hüseynov Quruluşçu rejissor: Həsən Seyidbəyli Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Məmməd Hüseynov, Mais Ağabəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Akif Nuriyev Rejissor: Əşrəf Mamayev, Akif Rüstəmov Qrim rəssamı: V.Bereznyakov Geyim rəssamı: Elçin Montaj edən: Tamara Nərimanbəyova Rejissor assistenti: Adil İsmayılov, Səməd Lazımov, X.Cəfərov, X.Şirinov, Gülbəniz Əzimzadə Montaj üzrə assistent : Esmira İsmayılova Operator assistenti: Yuri Varnovski, V.Tibirov, F.Sekandçed, V.Romanov Rəssam assistenti: Tamilla Dağıstanlı Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: İntiqam Qasımzadə, Nataliya Şneyer Məsləhətçi: Əli Fəhmi (leksika üzrə), M. Quluzadə (Nəsiminin yaradıcılığı üzrə), Z.Quluzadə (fəlsəfə üzrə), T. Musəvi (tarix üzrə), R.Əfəndiyev (etnoqrafiya üzrə) Çalır: SSRİ Kinematoqrafiya Komitəsinin Orkestri Dirijor: D.Ştilman Filmin direktoru: Daniil Yevdayev, Bəşir Quliyev

Rollarda Rasim Balayev — İmadəddin Nəsimi İsmayıl Osmanlı — Fəzlullah Nəimi Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Fatma Kamal Xudaverdiyev — Yusif Tofiq Mirzəyev — Dövlət bəy Almaz Əsgərova — Şəms Səməndər Rzayev — Şirvanşah I İbrahim Məmmədrza Şeyxzamanov — Şeyx Əzəm Yusif Vəliyev — Teymurləng Muxtar Maniyev — Miranşah Əbdül Mahmudov — dərviş Ə.Atakişiyev Tariyel Qasımov — hürufi Gümrah Rəhimov Əfrasiyab Məmmədov — Teymurun döyüşçüsü Səyavuş Şəfiyev — Mahmud Hafiz Fətullayev Sadıq Həsənzadə — Qara əmi Dadaş Kazımov — Əli Mayak Kərimov — Mirəli Telman Adıgözəlov — hürufi Məmməd Əlili — Mirzə Əhməd Əhmədov Ramiz Məlikov — sui-qəsdçi Sadıq Saleh K. Rəsulova F. Sekandçed R. İbrahimova N. Zeynalova Rüstəm Rüstəmov Elxan Ağahüseynoğlu — Bahadır Rəna Səlimova — rəqs edən (titrlərdə yoxdur) Nadir Əzməmmədov (titrlərdə yoxdur) Aqşin Rəsulov (titrlərdə yoxdur) Fərəc Fərəcov — mürid Yusif Haqverdiyev - Mövlanə Əli

Filmi səsləndirənlər Şahmar Ələkbərov — Dövlət bəy (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Qara əmi (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Mustafa Süleymanov (aktyor) - Mövlanə Əli (Yusif Haqverdiyev) (titrlərdə yoxdur)

İstinadlar

Mənbə "Kino yenilikləri" qəzeti. 11 yanvar 1974-cü il. C. Məmmədov. "Coşqun ilham". "Kommunist" qəzeti. 3 yanvar 1981-ci il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 34; 154; 269; 383. E.Quliyev, C.Mirzəliyev. Rasim Balayev. Bakı: 1999, səh. 16. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 180; 196-198; 258. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. Ayxan. "Nəsimi" və "Dədə Qorqud" bərpa olundu: Hər iki film Filmfonda verilib //Ekspress.- 2010.- 19-21 iyun.- S. 12. “Nəsimi” filminin KADRARXASI: “Teymurləngin papağı Bakıda qalmışdı, Mərəzədə 5 min adam gözləməli oldu” Aydın Dadaşov. "Bizim kino". Həsən Seyidbəylinin "Nəsimi" filmi haqqında. 16.01.2016 “Nəsimi” filmi yeni versiyası haqqında. İstipress. 19 dekabr 2019-cu il

Xarici keçidlər Filmi izlə (1973) İzlə (bərpa edilmiş versiya, 2010) BalANS “Nəsimi” filmini bərpa edib; ; "Nəsimi" filmi bərpa edildi

Filmin musiqisi left|thumb|Musiqi-1

Kateqoriya:1973-cü ilin filmləri Kateqoriya:Azərbaycan SSR filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Tarixi filmlər Kateqoriya:Orta əsrlər haqqında filmlər Kateqoriya:İmadəddin Nəsimi haqqında filmlər Kateqoriya:Yazıçılar haqqında bioqrafik filmlər Kateqoriya:Şirvanşahlar dövrünə aid filmlər Kateqoriya:Teymurilər dövrünə aid filmlər Kateqoriya:XV əsr haqqında tarixi filmlər Kateqoriya:XIV əsr haqqında tarixi filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Həsən Seyidbəylinin filmləri