Çomaxtur — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndi Yengicə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çomaxtur kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd əvvəllər Comərdi adlanırdı

Toponimikası Düzənlikdədir.Çomaxtur. "Comartı".

Kənd əvvəllər Comərdi adlanırdı. Mənbə Naxçıvan ensiklopediyası 1-ci cild

Coğrafiyası və iqlimi Çomaxtur kəndi Sərur düzündə yerləşən kəndlərdəndir. İqlimi Naxçıvanın digər ərazilərinin iqlimi kimi kəskin kontinentaldır: yayı isti və quraq, qışı soyuq və orta qarlıdır. Ən yüksək temperatur, yayda günorta müsbət 45°-48°-yə, qışda gecə mənfi 35°-40°-yə qədər yüksəlir.

Torpaqı çox məhsuldardır. Əksər bitkilərin yetişməsinə imkan verir. Əkinçilik tamamilə suvarmaya əsaslanır. Arpaçayından ayrılıb gələn kanallar suvarmada əsas yer tutur.

Əhalisi Əhalisi 2009-cu ildə 3501 nəfər olmuşdurAzərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmışları Tağı İsmayılov — istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən. Həsən İsmayılov (Tağı oğlu) — pedaqoq, hidro meliorator. Əjdər İsmayılov — filologiya elmləri doktoru, professor, 91-lərdən, YAP-ın ən fəal yaradıcılarından birdir. Cavid İsmayıl — iqtisadçı.

İstinadlar