Acarlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsində qəsəbə. Dağətəyi ərazidədir.

Adının mənası Toponimiyada atsa/aca coğrafi termin kimi "iti uclu qaya; yüksəklik; dağətəyi yer" mənalarını ifadə edir.

Taxiri Birinci Qarabağ müharibəsi zamanı Acarlıda gedən döyüşlərdə bir çox şəhid verilmişdir. Bunlardan biridə Sadiq Hümbətovdur. O, 1990-cı ildə hərbiyə çağırılmış və müxtəlif kəndlərində ermənilərə qarşı uğurla vuruşmuşdu. 4 illik mübarizədən sonra o, Acarlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və mart ayının 15-də, yaralanmış Azərbaycan əsgərini qurtarmaq istəyərkən mənfur düşmənin snayper gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak olmuşdur.

2020-ci il Qarabağ Ətəşkəs Bəyanatına uyğun olaraq 20 noyabr 2020-ci il tarixlində qəsəbə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

İstinadlar

Kateqoriya:Ağdam rayonunun qəsəbələri