Ancelina Coli Voyt (; ) — məşhur ABŞ aktrisası, Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibi, BMT–nin xoşməramlı səfiri.
Həyatı Ancelina Coli 4 iyun 1975-ci ildə"Təqvim-iyun". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 14. ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. Məşhur ABŞ aktyoru Con Voyt və yarı fransız yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Onun soyadı "Coli" fransız dilində "yaxşı", "gözəl" anlamını verir, lakin aktrisa özü fransız dilini bilmir.
Ancelina Colinin valideynləri 1976-cı ildə ayrılır. Ancelina və onun qardaşı anası ilə Nyu-Yorka köçürlər. Bir il sonra atası Oskar mükafatına layiq görülür. Anası isə uşaqlarını tərbiyə etmək üçün karyerasından imtina edir, tez-tez uşaqlarını kinoteatra aparır və bütün vaxtını onlarla keçirir. Elə bu dövrdə kiçik Ancelinada kinoya maraq yaranır.
thumb|right|220px|Ancelina Coli və Bred Pitt Kann kinofestivalında (2007)
Colinin 11 yaşı tamam olduqda onlar yenidən Los-Ancelesə qayıdırlar. Burada Ancelina 2 il Li Strasberq adına kino məktəbinə daxil olur. Daha sonra Beverli Hills liseyində təhsil alır. 14 yaşında model işləməyə başlayır. Lenni Krevits, Rolling Stones və Meat Loaf kimi əfsanələşən qrup və sənətçilərin kliplərində çəkilir. 16 yaşında yenidən teatra qayıdır.
Həmin illərdə Colinin qardaşı kino məktəbinə daxil olur və eksperiment üçün bir neçə uğursuz film çəkir. Bu filmlərdə Ancelina da rol alır. Bu ona tanınmağa kömək etmir. Daha sonra 1993-cü ildə "Kibor 2" adlı filmdə rol alsa da bu da ona uğur gətirmir, lakin "Kiborq"un ardınca çəkildiyi "Hakerlər" filmi ilə o artıq özünü tanıtmağı bacarır. Hətta Nyu-York Tayms kimi qəzet onun haqqında yazır.
1997-ci ildə çəkilmiş "Corc Volles" filmindəki roluna görə Emmi və Qızıl Qlobus mükafatına sahib olur. 1 il sonra, 1970-ci ildə məşhur model olmuş Cia Karanci haqqında çəkilən "Cia" filmində baş qəhrəmanı canlandırır. Coli yenə də Qızıl Qlobusun sahibi olur. 2 il ardıcıl olaraq.
Çətin və yorucu "Cia" filminin çəkilişlərindən sonra Ancelina Coli səhnələrdən dincəlmək üçün Nyu-Yorka köçür. Burada o Nyu-York Universitetində ssenarist təhsili almağa başlayır və Denzel Vaşinqtonla birgə "Qorxunun hökmü" filminə çəkilir. Film 151 milyon kassa gəliri əldə edir.
1999-cu ildə Ceyms Menqoldun filmi "Yarıda buraxılmış həyat" ekranlara çıxır. Bu film baş rol oyunçusu Vaynona Rayderin ekranlara yenidən dönüşü kimi dəyərləndirilsə də tam əksinə 2-ci plan aktrisası Ancelina Colinin triumfu olur. Ancelina filmdəki Liz Rou roluna görə 3-cü dəfə Qızıl Qlobus mükafatı qazanır, Amerika Kinoaktyorlar Birliyi mükafatı və nəhayət Oskarın sahibi olur. Yay aylarında Coli "60 saniyəyə oğurluq" filmində Nikolas Keyclə birgə rol alır. Bu film isə 230 milyon kassa gəliri əldə etdi.
2001-ci ildə məşhur kompüter oyunu Tomb Raiderin ekranlaşdırılmış əsərində baş rol məhz Ancelinaya təklif olunur. Lara Kroft adlanan filmin 1-ci hissəsi 270 milyon gəlir əldə edir. Lara Kroft filminin 2-ci hissəsi isə 2003-cü ildə ekrana çıxır. Film birincisindən uğursuz alınır və bu səbəbdən kassa gəliri 160 milyon dolları keçmir. Ancelina isə bu filmə görə 12 milyon dollar qonorar alaraq Hollivudun ən bahalı aktrisalarından birinə çevrilir. Filmdə Coli üçün xüsusi olaraq solaxaylarçün nəzərdə tutulmuş silah da tapırlar.
Lara Kroft filmləri arasındakı fasilədə Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri kimi bir çox kasıb ölkələrə səfərlər və humanitar yardım etməyə başlayır.
2004-cü il Ancelina Coli üçün uğurlu olur. Öncə o Robert De Niro, Rene Zellveger və Uil Smitlə birgə "Sualtı qardaşlar" cizgi filmini səsləndirir. Animasiya filmi 363 milyon dollar qazanır. Daha sonra Oliver Stounun Makedoniyalı İsgəndər haqqında çəkdiyi filmdə İsgəndərin anası obrazını yaradır. Və nəhayət 2005-ci ildə ekranlara çıxan "Cənab və Xanım Smit" filminin kontraktını imzalıyır. Bu filmlə o 20 milyon dollar qonorar alaraq Culiya Roberts və Kameron Diaz kimi məşhur xanım aktrisalarla eyni pilləyə yüksəlir.
2005-ci ilin yayında ekrana çıxan "Cənab və Xanım Smit" filmi 480 miyon dollar kassa gəliri yığır. Bu filmdə Ancelina filmdəki əri Con Smitlə sakit və darıxdırıcı ailə həyatı altında profesional qatıl olduğunu gizlədən Ceyn Smit obrazını canlandırır. Con Smit rolunu isə Bred Pitt ifa edir. Dəfələrlə dünyanın ən gözəl və cəlbedici aktyor və aktrisası adını qazanan məşhurlara diqqət çəkilişlər boyu azalmaq bilmir. Və dəfələrlə şayiələr yayılaraq onların görüşdüyü yazılır. Bir az keçmiş deyilənlər doğru olur. Bred Pitt aktrisa Cenifer Enistondan ayrılaraq Ancelina Coli ilə evlənir və onun uşaqlarını övladlığa götürür.
Ancelina Coli və Bred Pittin 6 uşağı var. 3 qız və 3 oğlan, lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı 2006-cı il 7 may tarixində dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar. Uşaqlarının ilk şəkillərini cütlük "People" və "Hello" jurnallarına 10 milyon dollar məbləğində satıblar. Bu isə məşhurlar arasında dünyanın ən bahalı şəkli kimi tarixə düşüb. 2008-ci ildə onların əkiz uşaqları dünyaya göz açıb. Oğlan və qız. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir. Noks və Vivyenin ilk şəkilləri yenidən rekord qiymətə satılıb — 14 milyon dollar. Həmin bu pulları onlar xeyriyyəçiliyə xərcləyiblər.
2010-cu ildə Ancelina "Solt" adlı bədii filmdə baş rola çəkilib. 2011-ci ildə isə Conni Depplə birgə "Turist" filmində rol alıb. Hər iki film uğurlu alınıb.
Qardaşı: Ceyms Xeven (1973) Tərəf müqabili: Bred Pitt (2005-ci ildən etibarən) Təhsili: Li Strasberq adına Teatr İnstitutu Hobbisi: səfərə çıxmaq, güc sınayıcı alətlərlə oynamaq İli: Dovşan Övladları: Meddoks Çivan (05.08.2001–də anadan olub, övladlığa isə 10.03.2002–də götürülüb), Zaxara Marley (08.01.2005–də anadan olub, övladlığa isə 06.07.2008–də götürülüb), Şilo Nuvel (27.05.2006–da Bred Pitdən olan bioloji qızı), Paks Tien (29.11.2003–də anadan olub, övladlığa isə 15.03.2007–də götürülüb), Noks Leon (Bred Pitdən olan bioloji oğlu) və Vivyen Marçelin (Bred Pitdən olan bioloji qızı)
Filmoqrafiya
thumb|right|210px|Ancelina Coli Kann kinofestivalında (2011) Poster Filmin ili Filmin azərbaycanca adı Filmin orijinal adı Rol1982Çıxış yolu axtarışındaLookin' to Get OutToş1993Kiborq 2: Şüşə kölgəCyborg 2: Glass ShadowKazella "Kaş" Riz1995HakerlərHackersKeyt Libbi1995DəlilsizWithout EvidenceCodi Suzarincen1996Səhranın ayıMojave MoonEleanor "Eli" Riqbi1996İtalyan məşuqlarLove Is All There IsCina Malaçiçi1996Yalançı alovFoxfireMarqret "Nojki" Sadovski1997Tanrını təsvir edərkənPlaying GodKler1997Əsl qadınlarTrue WomenCorciya Virciniya Louşi Vuds1997Corc VollesGeorge WallaceKorneliya Volles1998Cəhənnəm qazanıHell’s KitchenQloriya Makniri1998CiaGiaCia Karanci1998Sevginin dönüklüyüPlaying by HeartCoan1999Uçuşları idarə edərkənPushing TinMeri Bell1999Qorxunun hakimiyyətiThe Bone CollectorAmeliya Donahyu1999Yarıda qalmış həyatGirl, InterruptedLisa Rouv200060 saniyəyə qaçırmaqGone in Sixty SecondsSara "Svey" Veyland2001Lara Kroft: Sərdabələr oğrusuLara Croft: Tomb RaiderLara Kroft2001Yoldan çıxarmaOriginal SinCuliya Rassell / Bonni Kasl2002Həyat və ya ona bənzər bir şeyLife or Something Like ItLenni Kerriqan2003Lara Kroft: Sərdabələr oğrusu. Həyatın beşiyiLara Croft Tomb Raider: The Cradle of LifeLara Kroft2003HüduddaBeyond BordersSara Cordan Boford2004HəyəcanThe Feverİnqilabçı2004Həyatı alarkənTaking Livesİlleana Skott2004Sualtı dostlarShark Tale2004Səma Kapitanı və gələcəyin dünyasıSky Captain and the World of Tomorrowkapitan Frenki Kuk2004AleksandrAlexanderOlimpiada2005Mister və missis SmitMr. & Mrs. SmithCeyn Smit2006Saxta tovlamaThe Good ShepherdKlover Vilson2007BeovulfBeowulf2007Onun ürəyiA Mighty HeartMarian Perl2008Kunq-fu PandaKung Fu Panda2008Xüsusi təhlükəliWantedFoks2008DəyişdirməChangelingKristin Kollinz2010SoltSaltEvelin Solt2010Kunq-fu Pandanın bayramıKung Fu Panda Holiday Special2010TuristThe TouristEliz Klifton-Uord2011Kunq-fu Panda 2Kung Fu Panda 22014MalefisentaMaleficentMalefisenta2015Kunq-fu Panda 3Kung Fu Panda 3
İstinadlar
Xarici keçidlər Ancelina Coli və Bred Pittin münasibətləri pisləşib
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Ən yaxşı qadın roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Ancelina Coli Kateqoriya:ABŞ buddistləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Toni mükafatı laureatları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Ən yaxşı ikinci plan qadın roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:Kaliforniya yazıçıları Kateqoriya:Biseksual qadınlar Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri