Qırmızı yosunlar (lat. Rhodophyta) — sarımtıl qırmızı, mavi-yaşıl-qırmızı rəngli çoxhüceyrəli (ən bəsit formaları — birhüceyrəli) yosunlar tipi.
Bəzi qruplar hüceyrələrin divarlarında kalsium karbonat çökdürdüyündən çökmələrdə fosil halında qalır. Mezo-kaynozoyda qırmızı yosunlar süxurəmələgətirən orqanizmlər olub mərcan qrumlarının (biogermlər və riflər) formalaşmasında iştirak edir. Qırmızı yosunlar normal duzluluqlu isti dənizlərdə 3–160 m (optimal — 20–50 m) dərinlikdə yayılmışdır.
Hazırda 3800 növü vardır. Xəzərdə 25 növü məlumdur, onlardan laurensiya, polisifoniya, melobeziya və s. yosunlar geniş yayılmışdır.Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yosunlar