() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Təbiətdə növün arealı Avropanın bütün ərazisini, Rusiyanın Avropa hissəsini, Sibiri (Uraldan Baykal gölünədək), Qazaxstanı, Çini və Monqoliyanın şimalını əhatə edir.
Botaniki təsviri Hündürlüyü 1–2 m-ə çatan bitkidir. Cavan zoğları tükcüklü, açıq, iri zoğları qonurdur. Yarpaqları uzun saplaqlı, barmaqvari formada, aşağı hissəsində qətranlı, vəzicikli olub, uzunluğu və eni 3-5 (12-dək) sm, kənarları dişli, üç-beş qanadlıdır. Qanadları əsasən enli-üçkünc, orta, uzunsov, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi damarcıqlarda tükcüklüdür. Çiçəkləri zəngvari formada, qırmızıdır. Çiçək qrupları 5-10 çiçəkli, uzunluğu 3-5 (8-dək) sm olan salxımlardır. Çiçək saplaqlarının uzunluğu 3–8 mm, çılpaq və ya tükcüklüdür. Çiçək altlıqlarının uzunluğu 1–2 mm, forması ovaldan xətvari-neştərvariyədək dəyişir. Çiçəklərin uzunluğu 7–9 mm, diametri 4–6 mm, zəngvari, bənövşəyi və ya çəhrayı-boz, üst tərəfdən çox vaxt sıx tükcüklüdür. Ləçəkləri ovaldır. Kasayarpaqları üstə əyilmiş, ucu biz, çox enlidir. Meyvəsinin diametri 1 sm-dək, qara-qonur və ya yaşılımtıl giləmeyvədir. Mayda, iyunda çiçəkləyir. İyulda meyvə verir. Bitki toxum və pöhrələrlə, oduncaqlaşmış qələmlərlə çoxaldılır.
Ekologiyası Bitki işıqlı yerlərdə, yumşaq, rütubətli, məhsuldar, gillicə torpaqlarda bitir. Turş torpaqlarda zəif böyüyür, yarımkölgədə az çiçəkləyir.
Azərbaycanda yayılması Şəkidə, Gədəbəydə çay kənarlarında rast gəlinir.
İstifadəsi Giləmeyvələrində limon, alma, askorbin, salisil, nikotin turşuları, şəkər, antosian və flavonoid maddələri vardır. Yarpaqları askorbin turşusu və fitonsidlərlə zəngindir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Yeni Zelandiya florası Kateqoriya:Giləmeyvələr Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Asiya florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Asiya mənşəli meyvələr