Gürcü yazısı – müstəqil fonetik yazı sistemi. Gürcü dilində yazmaq üçün Asomtavruli, Nusxuri və Mxedruli yazılarından istifadə olunur və hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur.
Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir.Machavariani, p. 329 Lakin hazırda gürcü dilində 33 hərfdən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan dilləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. Dörd kartvel dilindən yalnız Svan dili yazı sisteminə malik deyil, lakin, bu dildə yazmaq istəyərkən Meqrel əlifbasının hərflərindən istifadə olunur, bəzən də çoxsəsliliyi təmin etmək üçün diakritik işərələr tətbiq olunur.Standard Languages and Multilingualism in European History, Matthias Hüning, Ulrike Vogl, Olivier Moliner, John Benjamins Publishing, 2012, p.299
Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir.ქართული ანბანის სამი სახეობის ცოცხალ კულტურას არამატერიალური კულტურული მემკვიდრეობის ძეგლის სტატუსი მიენიჭა Government of Georgia
İlk baxış
Tarixi və mənşəyi
Gürcü yazılarının mənşəyi haqqında çox az məlumat var, gürcü və xarici alimlər arasında gürcü yazılarının tarixi, həmin yazıların kim tərəfindən yaradılması və bu prosesə əsas təsir edən amillər haqqında ortaq rəy yoxdur.
Yazıların ilk versiyası Asomtavruli kimi tanınır, digər hərflər isə sonrakı əsrlər ərzində formalaşmışdır. Əksər tədqiqatçılar gürcü əlifbasının yaradılmasını gürcü dilli əhalinin məskunlaşdığı Kartli (klassik mənbələrdə İberiya) ərazisinin xristianlaşdırılması dövrü ilə bağlayırlar. Böyük ehtimal ki, gürcü əlifbası erməni əlifbası ilə eyni dövrdə - kral III Mirianın hakimiyyəti dövründə İberiyanın xristianlaşdırılması (326 və ya 337) və Bir El Qutt yazıları (430) arasındakı dövrdə yaradılmışdır.Hewitt, p. 4 Əlifba ilkin olaraq Bibliya və digər xristian mətnlərinin gürcü dilinə çevirilməsi üçün rahiblər tərəfindən Gürcüstan və Fələstində istifadə olunmuşdur. Professor Levan Çilaşvili Gürcüstanın Kaxetiya ərazisindəki Nekresi xarabalıqlarından 1980-ci illərdə arxeoloji qazıntılar zamanı aşkarladığı Asomtavruli yazılarını b.e. I-II əsrlərinə aid etsə də, onun bu tarixləndirməsi qəbul edilmir.Stephen H. Rapp. Studies in medieval Georgian historiography: early texts and Eurasian contexts. Peeters Publishers, 2003. ISBN 90-429-1318-5. p. 19.
Gürcü yazılarının yaradılması ilə bağlı alimlər arasında başqa bir mübahisə isə bu prosesdə erməni kleriklərinin rolu ilə bağlıdır. Bəzi tədqiqatçılar və orta əsr erməni dilli mənbələr erməni əlifbasının yaradıcısı olan Mesrop Maştotsun həm də Gürcü və Qafqaz Albaniyası əlifbalarını yaratdığını qeyd edirlər. Bu ənənə V əsrdə Maştotsun bioqrafiyasını yazmış tarixçi Koryunun əsərinə əsaslanır, daha sonrakı dövrdə yaşamış tarixçilərin əsərlərində də həmin əsərə istinadla bu məlumat verilmişdir.Donald Rayfield The Literature of Georgia: A History (Caucasus World). RoutledgeCurzon. ISBN 0-7007-1163-5. P. 19. "The Georgian alphabet seems unlikely to have a pre-Christian origin, for the major archaeological monument of the 1st century 4IX the bilingual Armazi gravestone commemorating Serafua, daughter of the Georgian viceroy of Mtskheta, is inscribed in Greek and Aramaic only. It has been believed, and not only in Armenia, that all the Caucasian alphabets — Armenian, Georgian and Caucaso-Albanian — were invented in the 4th century by the Armenian scholar Mesrop Mashtots.<...> The Georgian chronicles The Life of Kartli - assert that a Georgian script was invented two centuries before Christ, an assertion unsupported by archaeology. There is a possibility that the Georgians, like many minor nations of the area, wrote in a foreign language — Persian, Aramaic, or Greek — and translated back as they read."Glen Warren Bowersock, Peter Robert Lamont Brown, Oleg Grabar. Late Antiquity: A Guide to the Postclassical World. Harvard University Press, 1999. ISBN 0-674-51173-5. P. 289. James R. Russell. Alphabets. "Mastoc' was a charismatic visionary who accomplished his task at a time when Armenia stood in danger of losing both its national identity, through partition, and its newly acquired Christian faith, through Sassanian pressure and reversion to paganism. By preaching in Armenian, he was able to undermine and co-opt the discourse founded in native tradition, and to create a counterweight against both Byzantine and Syriac cultural hegemony in the church. Mastoc' also created the Georgian and Caucasian-Albanian alphabets, based on the Armenian model." Lakin, həm gürcüGeorgian: ივ. ჯავახიშვილი, ქართული პალეოგრაფია, გვ. 205-208, 240-245, həm də qərb alimləri bu məlumatı tənqid edərək Koryunun məlumatının düzgün olmadığı və ya sonradan əsərə əlavə edilməsi qərarına gəlmişlər. Digər tədqiqatçılar isə Koryunun məlumatlarına şübhə etmədən onu olduğu kimi qəbul edirlər.Stephen H. Rapp. Studies in medieval Georgian historiography: early texts and Eurasian contexts. Peeters Publishers, 2003. ISBN 90-429-1318-5. P. 450. "There is also the claim advanced by Koriwn in his saintly biography of Mashtoc' (Mesrop) that the Georgian script had been invented at the direction of Mashtoc'. Yet it is within the realm of possibility that this tradition, repeated by many later Armenian historians, may not have been part of the original fifth-century text at all but added after 607. Significantly, all of the extant MSS containing The Life of Mashtoc* were copied centuries after the split. Consequently, scribal manipulation reflecting post-schism (especially anti-Georgian) attitudes potentially contaminates all MSS copied after that time. It is therefore conceivable, though not yet proven, that valuable information about Georgia transmitted by pre-schism Armenian texts was excised by later, post-schism individuals." Bir çoxları isə, şəxsən Maştotsun yox, ümumilikdə erməni kleriklərinin Gürcü yazılarının formalaşmasında iştirak etmələrini ehtimal edirlər.Greppin, John A.C. : Some comments on the origin of the Georgian alphabet. — Bazmavep 139, 1981, 449-456
Gürcü ənənəsində, yazıların tarixi “Kartli çarlarının tarixi” kimi orta əsrlər mənbələrində qeyd edilir və burada Gürcü yazılarının tarixi eramızdan əvvələ kimi aparılaraq, onun kral I Parnavaz (e.ə. III əsr) tərəfindən kəşf edildiyi bildirilir. Heç bir arxeoloji dəlil aşkarlanmadığından bu məlumat hazırda daha çox əfsanəvi fikir kimi qəbul edilir və elmi mənbələrdə inkar olunur. Gürcü linqvisti Tamaz Qamkrelidze ənənəvi məlumata fərqli yanaşma təklif edərək xristianlıqdan əvvəlki dövrdə gürcü mətnlərini yazmaq üçün xarici yazılardan (Arami əlifbasına alloqlotoqrafiya) istifadə olunması ehtimalını bildirir.
Digər bir məsələ isə Gürcü əlifbasının daha çox Yunan əlifbasından yoxsa Arami əlifbası kimi semit əlifbalarından təsirlənməsi ilə bağlıdır. Müasir tarixşünaslıqda Yunan əlifbası ilə oxşarlıqlara daha çox diqqət yetirilir və Gürcü əlifbasının digər Qafqaz yazı sistemləri ilə müqayisədə say və düzülüş baxımından fərqlənməsi vurğulanır. Bəzi tədqiqatçılar gürcü yazılarının xristianlıqdan əvvəlki gürcü mədəni simvolları və tayfa işarələrindən də təsirlənə biləcəyini qeyd edirlər.
Asomtavruli 240px|thumb|Asomtavruli əlyazması, X əsr. Asomtavruli () ən qədim gürcü yazısıdır. Asomtavruli sözü gürcü dilində “aso” () – yazı və “mtavari” () əsas/baş sözlərindən əmələ gəlməklə “əsas yazı” anlamını ifadə edir. Bu yazı həm də Mrqvlovani () adlanır ki, bu söz də gürcü dilində “mrqvali” () – dairə sözündən əmələ gəlməklə dairəvi anlamını verir, bu isə hərflərin dairəvi yazılışına əsaslanır. Adında baş/böyük sözünün olmasına baxmayara, müasir gürcü yazısı Mxedruli kimi Asomtavruli yazısı da böyük hərflərə malik deyil.Peter T. Daniels, The World's Writing Systems, p. 367
Ən qədim Asomtavruli yazıları V əsrdən əvvələ aid olanMachavariani, p. 177 Bir El Quttქსე, ტ. 7, თბ., 1984, გვ. 651-652 və Bolnisiშანიძე ა., ქართული საბჭოთა ენციკლოპედია, ტ. 2, გვ. 454-455, თბ., 1977 წელი kitabələridir.
IX əsrdən etibarən Nusxuri yazısının daha geniş istifadə olunması ilə Asomtavruli yazısının rolu azalmağa başlayır. Lakin, X-XVIII əsrlər ərzində epiqrafik yazılar üçün Asomtavruli yazısından istifadə olunmağa davam edilir. Məhz həmin dövrdə Asomtavruli yazısı daha dekorativ görünüş alır. Nusxuri yazısının istifadə olunduğu IX əsr əlyazmalarında Asomtavruli yazısı kitabların adının və fəsillərin birinci hərfinin yazılması üçün istifadə olunurdu.კ. დანელია, ზ. სარჯველაძე, ქართული პალეოგრაფია, თბილისი, 1997, გვ. 218-219 Lakin, tamamilə Asomtavruli yazısı ilə yazılmış və XI əsrə aid olan əlyazmalar da tapmaq mümkündür.ე. მაჭავარიანი, მწიგნობრობაჲ ქართული, თბილისი, 1989
Asomtavruli hərfləri
Erkən dövrdə Asomtavruli hərfləri bərabər ölçülü idi. Gürcü tarixçi və filoloqu Pavle İnqorovka qeyd edir ki, Asomtavruli yazısı Gürcü əlifbası kimi bustrofedon olmuşdur, buna görə də, onun saxlanılmış ən qədim nümunələri soldan sağa yazılmışdır.პ. ინგოროყვა, „შოთა რუსთაველი“, „მნათობი“, 1966, № 3, გვ. 116
Əksər Asomtavruli hərflərində düz xəttlər horizontal və vertikal olmaqla düz bucaq altında kəsişir. İti bucaq altında kəsişən yeganə hərf Ⴟ (ჯ jani) – dir. Bu istisnanı şərh etmək üçün müxtəlif fikirlər səsləndirilmişdir. Gürcü linqvist və sənət tarixçisi Helen Maxavariani jani hərfinin Məsih monoqramından törəməklə Ⴈ (ი ini) və Ⴕ (ქ kani) hərflərindən yarandığını düşünür.Machavariani, pp. 121-122 Gürcü alimi Ramaz Pataridzenin fikrinə görə isə, jani hərfi əlifbanın sonunu bildirməklə, Finikiya əlifbasındakı tav (X), Yunan əlifbasındakı xi (X) və Latın əlifbasındakı X hərfi ilə eyni xüsusiyyətə malikdir.რ. პატარიძე, ქართული ასომთავრული, თბილისი, 1980, გვ. 151, 260-261
130px 130pxGürcüstan kraliçası Böyük Tamara və kral IV Georgi Laşanın Asomtavruli yazısı tətbiq edilərək kəsilmiş sikkələri, 1200–1210.
VII əsrdən etibarən bəzi hərflərin forması dəyişməyə başlamışdı. Hərflər bərabər ölçülərini itirməyə başlamış, onlara yuxarı və aşağı hissədən çıxıntılar əlavə edilmişdir.ივ. ჯავახიშვილი, ქართული დამწერლობათა-მცოდნეობა ანუ პალეოგრაფია, თბილისი, 1949, 185-187ე. მაჭავარიანი, ქართული ანბანი, თბილისი, 1977, გვ. 5-6
+Asomtavruli hərfləri ani |bgcolor="#ffffff"| bani gani |bgcolor="#ffffff"| doni eni |bgcolor="#ffffff"| vini zeni |bgcolor="#ffffff"| he tani |bgcolor="#ffffff"| ini k'ani |bgcolor="#ffffff"| lasi mani |bgcolor="#ffffff"| nari hie |bgcolor="#ffffff"| oni p'ari |bgcolor="#ffffff"| zhani rae |- style="text-align:center;" |bgcolor="#ffffff"| sani t'ari |bgcolor="#ffffff"| vie uni |bgcolor="#ffffff"| pari kani |bgcolor="#ffffff"| ghani q'ari |bgcolor="#ffffff"| shini chini |bgcolor="#ffffff"| tsani dzili |bgcolor="#ffffff"| ts'ili ch'ari |bgcolor="#ffffff"| khani qari |bgcolor="#ffffff"| jani hae |bgcolor="#ffffff"| hoe Qeyd: Bəzi hərflər Asomtavruli yox, Mxedruli yazısının kapitalizə olunmuş versiyasında göstərilmişdir.
Bəzəkli Asomtavruli hərfləri