Covanni Rota Rinaldi (Nino Rota) (; ) — İtaliya bəstəkarı, bir çox kinofilmlərin musiqi müəllifi.

Həyatı Nino Rota 1911-ci ildə Milanda musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq illərində Romaya gəlmiş, həmin şəhərdə konservatoriyaya daxil olmuş və 1929-cu ildə oranı bitirmişdir. Hələ konservatoriyada təhsil alarkən Nino Rota fövqəladə qabiliyyətli uşaq – vunderkind hesab olunurdu. O, özünü bəstəkar və orkestr dirijoru kimi təsdiq etmişdi. Hətta onun ilk oratoriyası olan "L’infanzia di San Giovanni Battista" artıq 1923-cü ildə Milanda və Parisdə səsləndirilmişdi.

1930–1932-ci illərdə o, ABŞ-də yaşamışdır. İtaliyaya qayıdandan sonra Milan Universitetində ədəbiyyatı öyrənmişdir. 1937-ci ildə isə Nino Rota müəllimlik fəaliyyətinə başlamışdır. 1950-ci ildən ömrünün sonuna kimi (1979) Bari konservatoriyasının direktoru vəzifəsində çalışmışdır.

Nino Rota bir sıra opera və baletlərin, o cümlədən, "Ariodante" (1942), "Torquemada" (1943), "I due timidi" (1950), "Il capello di paglia di Firenze" (1955), "La notte di un nevrastenico" (1959–1960), "Aladino e la lampada magica" (1968), "La visita meravigliosa" (1970), "Napoli milionaria" (1977) kimi operaların və "La rappresentazione di Adamo ed Eva" (1957), "La Strada" (1965), "Aci e Galatea" (1971), "Le Molière imaginaire" (1976) və "Amor di poeta" (1978, xüsusi olaraq Moris Bejar üçün yazılmışdır) kimi baletlərin müəllifi olmuşdur. Bundan başqa, bəstəkar bütün dünya musiqisevərlərinin rəğbətini qazanmış orkestr üçün musiqilər də yazmışdır.

1940-cı illərdən başlayaraq Nino Rota müxtəlif kinofilmlərə də musiqi bəstələmişdir. O, Federiko Fellini, Renato Kastelliani, Lukino Viskonti, Franko Zeffirelli, Mario Moniçelli, Frensis Ford Koppola kimi kino rejissorları ilə çalışmışdı. 1974-cü ildə Nino Rota "Xaç atası 2" filminə yazdığı musiqiyə görə ən yaxşı musiqi nominasiyasında nüfuzlu "Oskar" mükafatına layiq görülmüşdür.

Nino Rota 10 aprel 1979-cu ildə Romada vəfat etmişdir.

Filmoqrafiya Roma günəşi altında (film, 1948) / Sotto il sole di Roma Büllur dağ (film, 1949) / The Glass Mountain Qarabasma (film, 1949) / Obsession Kapri piratları (film, 1949) / Pirates of Capri Anna (film, 1951) / Anna Ağ şeyx (film, 1952) / Lo Sciecco Bianco Böyük arzu (film, 1954) / La Grande speranza Yol (film, 1954) / La Strada Fırıldaqçılar (film, 1955) / Il Bidone Müharibə və sülh (film, 1956) / War & Peace Bəyaz gecələr (film, 1957) / Le Notti bianche Kabiriyanın gecələri (film, 1957) / Le notti di Cabiria Qanun qanundur (film, 1958) / La Loi C'Est La Loi… Fortunella (film, 1958) / Fortunella Böyük müharibə (film, 1959) / La Grande Guerra Şirin həyat (film, 1960) / La Dolce Vita Rokko və onun qardaşları (film, 1960) / Rocco e i Suoi Fratelli Bokaçço-70 (film, 1962) / Boccaccio '70 Bəbir (film, 1963) / Il Gattopardo Səkkiz yarım (film, 1963) / 8 ½ İnadkarın ram edilməsi (film, 1967) / The Taming Of The Shrew Romeo və Cülyetta (film, 1968) / Romeo and Juliet Klounlar (film, 1970) / I Clowns Vaterloo (film, 1970) / Waterloo Roma (film, 1972) / Roma Xaç atası (film, 1972) / The Godfather Amarkord (film, 1973) / Amarcord Xaç atası 2 (film, 1974) / The Godfather Part II Orkestrin məşqi (film, 1978) / Prova d’orchestra Nildə ölüm (film, 1978) / Death on the Nile Tufan (film, 1979) / Hurricane Xaç atası 3 (film, 1990) / The Godfather Part III

İstinadlar

Kateqoriya:İtaliya bəstəkarları Kateqoriya:İtaliya film bəstəkarları Kateqoriya:ABŞ film bəstəkarları Kateqoriya:Milanda doğulanlar Kateqoriya:Romada vəfat edənlər Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı laureatları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Roma şəxsləri